“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə edib
Tarix: 24.05.2020 | Saat: 11:14:00 | E-mail | Çapa göndər


Xalqımızın milli-mənəvi dəyərlərinə həssaslıqla yanaşan, təkcə xüsusi günlərdən deyil, hər zaman aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan insanların yanında olan “Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial tədbirlərini davam etdirir.

APA-nın məlumatına görə, şirkətlər qrupu bu dəfə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə Azərbaycanda 3-cü ölkələrdən gələn qaçqın və sığınacaq axtaranlara öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib.

Onlar arasında Əfqanıstan, Rusiya, İran və İraqdan gələn qaçqın və sığınacaq axtaranlar üstünlük təşkil edib.

Qeyd edək ki, BMT-nin qaçqınlarla işləyən qurumu olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda öz nümayəndəliyini 1992-ci ildə yaradıb. Qurumun əsas məqsədi BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etməkdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu ilə olan son statistikasına əsasən, Azərbaycanda digər ölkələrdən gələn 1138 qaçqın və 865 sığınacaq axtaran himayə olunur.




 
Bölməyə aid digər xəbərlər
15.07.2020
Gənclərimiz və bütün xalqımız cənab Ali Baş Komandanın ətrafında sıx birləşib
15.07.2020
Almaniyada azərbaycanlı həkimlər erməni təxribatı ilə bağlı ÜST-ə müraciət ediblər
15.07.2020
Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər qüvvəyə minib
13.07.2020
Nazirlik: Hazırda Azərbacanda 300 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır
12.07.2020
Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
3 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Ekpress küftə-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info