Mixail Saakaşvili: “Gənc gürcü nəsli erməniləşmiş Gürcüstanda yaşamayacaq”
Tarix: 14.10.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Gürcüstan prezidenti Mixail Saakaşvili yenə də ermənilərin bostanına daş atıb. Tbilisidə öz adını daşıyan kitabxananın açılışında iştirak edən Saakaşvili qeyd edib ki, yeni gürcü nəsli nə Avrasiya İttifaqında, nə də erməniləşmiş Gürcüstanda yaşayacaq.
Saakaşvili gürcülərin Avropada yaşayacağını qeyd edib. Prezident Saakaşvili ilə yanaşı kitabxanaya gürcü diplomat Qela Çerkviani də təşrif buyurub. Saakaşvili onu müəllimi adlandırır və gənclərə demokratiya və azadlıq hissini aşıladığına görə Müqəddəs Georgi Ordeni ilə təltif edib. Saakaşvili çıxışında deyib: “Çerkviani bir çox nəslə azadlıq, demokratiya və liberalizm dəyərlərini aşılayıb. Bunu həmin sözləri ifadə etməyin belə, qadağan olduğu dövrlərdə edib. Ümid edirəm ki, siz gənclər bir də heç vaxt həmin dövrdə yaşamayacaqsınız. Siz nə Avrasiya İttifaqında, nə də erməniləşmiş xarici siyasəti olan ölkədə yaşayacaqsınız. Biz Avropada yaşayacağıq”. Saakaşvilinin erməniləşmiş xarici siyasət ifadəsi təsadüfən yaranmayıb. Belə ki, Ermənistan prezidenti sentyabrın 3-də Moskvada açıqladı ki, ölkəsi Gömrük İttifaqına qoşulmağa razıdır. Bundan bir qədər əvvəl isə Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, həm NATO, həm də Rusiya ilə normal münasibətlər yaratmış Ermənistanın bu siyasət kursu Gürcüstan üçün nümunə ola bilər.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info