Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsi təxribatdır
Tarix: 24.05.2020 | Saat: 14:02:00 | E-mail | Çapa göndər



Türkiyə və Azərbaycan ortaq məsələlərdə birlikdə hərəkət edirlər. Saxta “erməni məsələsində” də fəaliyyətimiz ortaqdır. Açıq şəkildə deyirik ki, bir millətin iki diasporu olmaz.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Alanyada fəaliyyət göstərən “DİM” TV-nin efirində azərbaycanlı jurnalist Elşad Eyvazlının Ermənistanın işğal etdiyi Şuşa şəhərində son təxribatı ilə bağlı sualına cavabında bildirib.
Mövlud Çavuşoğlu ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladaraq bildirib ki, Türkiyə Azərbaycanın torpaqlarınıişğaldan azad edilməsi üçün böyük səylər göstərir. Ermənistanın Dağlıq Qarabağda saxta “seçkilər” keçirməsini təxribat adlandıran nazir diqqətə çatdırıb ki, Türkiyə başda olmaqla heç bir dövlət və beynəlxalq təşkilat sözügedən “seçkiləri” tanımır. Türkiyə tarixin bütün dövrlərində olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq.
Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi ilə fikirlərini davam etdirən nazir iki qardaş ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən bəhs edərək diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və digər layihələr iki qardaş ölkənin regiondakı gücünü dəfələrlə artırıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2020
Русская община Азербайджана выступила с заявлением в связи с очередной провокацией Армении на границе с Азербайджаном
16.07.2020
Azərbaycan ordusu Ermənistan ərazisinə müdaxilə edə bilər
16.07.2020
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə məktub göndərib
16.07.2020
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısına məktub göndərib
15.07.2020
İtaliya parlamentarları tərəfindən Azərbaycana dəstəklə bağlı növbəti açıqlamalar

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
3 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Ekpress küftə-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info