Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
Tarix: 24.05.2020 | Saat: 15:00:00 | E-mail | Çapa göndər



İnsanların kütləvi şəkildə toplaşdığı qapalı və açıq hava məkanlarında (ictimai nəqliyyat, ictimai iaşə və ticarət obyektləri, park və bulvarlar) karantin rejiminin tətbiqi ilə bağlı şərtlərə yenidən baxılmalı, əhali arasında sosial məsafə tələbi ən geniş şəkildə təbliğ olunmalı, tibbi maskalardan istifadə məcburiyyətə çevrilməli, bu qaydaların pozulmasına görə cəzalar sərtləşdirilməlidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputata bildirib ki, koronavirusun ölkəmizdə yayılması ilə bağlı hökumətin son günlərdə səsləndirdiyi rəqəmlər Azərbaycanda pandemiyanın ikinci dalğasınının olması ehtimalını ciddi şəkildə artırır:

"Aidiyyəti dövlət orqanları və tibb işçilərimiz gərgin rejimdə fəaliyyət göstərərək virusa yoluxma hallarının azaldılması naminə çalışırlar. Həmçinin hökumətimiz bəzi karantin məhdudiyyətlərini ləğv edib, həyatın tədricən öz normal axarına düşməsi üçün şərait yaradıb. Lakin əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını ölkəmizdə pandemiya təhlükəsinin tam səngiməsi, bu virusdan tam qurtulması kimi qəbul edənlər var və onların sayı da az deyil. Sosial şəbəkələrdə "koronavirus yoxdur", "koronavirus siyasi-iqtisadi oyundur", "koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir" kimi marazmatik açıqlamaları paylaşanlar da var.

Onlar anlamırlar ki, bu cür fikir və bəyanatlar ictimaiyyətdə çaşqınlıq yaradır, aidiyyəti qurumlarımızın pandemiya ilə apardığı mübarizənin səmərəliliyinə təsir göstərir. Nəticədə bəzi insanlarımız belə yanlış fikirlərə inanaraq arxayınlaşır, sanitar-gigiyenik qaydalara məhəl qoymur, tibbi maskalardan və dezinfeksiya vasitələrindən istifadə etmirlər.
Doğrudur, Azərbaycan hakimiyyəti, dövlət qurumları və həkimlərin müstəsna əməyi nəticəsində koronavirusa yoluxma miqyasının maksimal dərəcədə məhdudlaşdırılmasına nail olunub. Lakin ölkədə pandemiyaya yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları tərəfindən mövcud qanunvericilik çərçivəsində müvafiq sərt addımların atılması olduqca zəruridir".




 
Bölməyə aid digər xəbərlər
16.07.2020
Qaiser Navab: “Pakistan qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz”
16.07.2020
Ermənilərin Azərbaycana məxsus PUA-nı vurması yalandır
16.07.2020
Sonu yetişən Ermənistan rəhbərliyini heç nə xilas edə bilməyəcək
15.07.2020
Həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik!
15.07.2020
“Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək“

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
3 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Ekpress küftə-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info