“Azərbaycanın apardığı daxili və xarici siyasətdə qazanılmış uğurlar danılmazdır”
Tarix: 14.10.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Nurlan Həsənov: “İnanırıq ki, müstəqil Azərbaycan dövləti növbəti beş ildə də uğurlu inkişaf yolu keçəcək”

-Bugünkü Azərbaycan gəncliyi öz tarixi kökünə nə dərəcədə bağlıdır?
-Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi tarixi kökdən, gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
- Dövlətin gənclərə diqqət və qayğısından nə dərəcədə razısınız?
- Dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına, problemlərinin həllinə, onların dövlət idarəçiliyində, ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, vətənpərvər, öz dövlətinin və xalqının təəssübünü çəkən vətəndaş kimi formalaşmasına tam şərait yaradır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev həmişə gənclərlə görüşür, onlarla fikir mübadiləsi aparır, problemləri ilə maraqlanır və bu problemlərin həlli məqsədilə müvafiq fərman və sərəncamlar imzalayır, tapşırıqlar verir. Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı, yüksək intellektli gənclərin yetişdirilməsi, onların irəli çəkilməsi və dövlət idarəçiliyində yaxından iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Dövlətin kadr potensialının gənclərin hesabına inkişaf etdirilməsi idarəçiliyin aktual məsələlərindən birini təşkil edir. 2012-ci ildə yaradılmış Gənclər Fondu gənclər təşkilatlarının müxtəlif layihələrinin maliyyələşməsini təmin etməklə onların fəallığını artırır, müxtəlif sahələrdə potensiallarının daha geniş realizə olunması üçün əlavə stimul yaradır.
-Azərbaycan gəncləri ictimai həyatda hansı fəallıq göstərirlər?
- Gənclər əslində bütün ictimai-siyasi işlərdə fəallıq göstərirlər. Bu aktivlik nəinki ölkə daxilində, hətta ölkə xaricində də öz əksini tapmış olur. Müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan gənclər, ölkə rəhbərinin yürütdüyü dövlətçilik ənənələrini daim yüksəklərə doğru aparmağa çalışırlar. Bu baxımdan gənclərə böyük imkanlar və şanslar verilib. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılıb. Hazırda ölkənin paytaxtında və regionlarda ümumilikdə 20 “Gənclər evi” fəaliyyət göstərir.
- Gənclərin Prezidentə böyük inam və etimadının olması nədən qaynaqlanır?
-Bu gün Azərbaycan Respublikası beynəlxalq arenada istər iqtisadi, istər siyasi baxımından öndə gedən dövlətlər sırasındadır. Son 10 ildə xalqımızın, vətənimizin qazandığı uğurları sadalamaqla bitirmək olmaz. Bir sıra beynəlxalq layihələrdə, eləcə də Azərbaycanın apardığı daxili və xarici siyasətdə qazanılmış uğurlar danılmazdır. Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdəndir. Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi, eyni zamanda Avropada enerji yataqları olan dövlət kimi tanınır ki, bu da Azərbaycanla ikitərəfli münasibətlərin qurulmasında marağı artırır. Vətənimizin 2012-ci ildə “Eurovision” musiqi yarışmasından qalibiyyətlə dönməsi, 2015-ci il Avropa Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunması, minlərlə gənclərimizin dünyanın müxtəlif yerlərində dövlət hesabına təhsil alması və ana vətənin dünyada tanınması yaxın keçmişin məhsuludur. Prezidentimiz gənclərlə bağlı dövlət proqramı haqqında sərəncam imzalayıb. Burada gənclər üçün vacib məsələlərdən olan ipoteka kreditinin verilməsi, yüz minlərlə yeni iş yerlərinin açılması, idmançılarımızın fiziki cəhətdən hazırlanması, bununla belə idmanın kütləvililiyinin artması və şöhrət qazanması kimi məsələlər ön plana çəkilib.
Cənab Prezident ümummilli lider Heydər Əliyevin siyasi kursunu dönmədən davam etdirib, xalqın etimadına və dəstəyinə arxalanaraq bütün qüvvəsini və hakim komandanın potensialını səfərbər etməyi bacarıb, bugünkü inkişafa nail olub. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də uğurlu inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq. Ölkəmizin inkişafını, xalqımızın yaşam tərzinin günü-gündən yüksəlməyini istəyən hər bir Azərbaycan gənci birmənalı olaraq Prezident İlham Əliyevin ətrafında birləşməli və dəstək olmalıdır. Biz gənclər, ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyevin bu siyasəti növbəti 5 ildə də layiqincə davam etdirəcəyinə əminliklə inanırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info