Lionel Messi: “Barselona“dan getmək istəyirdim“
Tarix: 24.05.2020 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


"Barselona"nın kapitanı Lionel Messi 2016-cı ildə komandadan ayrılmaq istəyində olduğunu etiraf edib.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz həmin dönəm vergidən yayınmaqda ittiham olunduğu üçün bu fikirdə olduğunu söyləyib.
Leo hazırda isə karyerasını Kataloniya klubunda bitirmək arzusunda olduğunu vurğulayıb: "Barselona"dan bu komandaya görə yox, İspaniyanı tərk etmək üçün getmək istəyirdim. Mənə pis rəftar edildiyini hiss edirdim və burada qalmaq istəmədim. Heç vaxt rəsmi təklifim olmayıb, çünki hamı burada qalmaq fikrimi bilirdi. Mənim və ailəm üçün çox çətin dönəm idi, insanlar o anda baş verənlərin çox azını bilirlər. Hazırda isə məqsədim karyeramı "Barselona"da bitirməkdir".
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasının formasını geyinir. O, bu müddətdə 10 dəfə La Liqanın, 6 dəfə Kral Kubokunun, 8 dəfə Superkubokun, 4 dəfə isə Çempionlar Liqasının qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
16.07.2020
Messi “Barselona”dan gedirmi? – Suares danışdı
16.07.2020
Setyen “Barselona“dakı gələcəyindən danışdı
15.07.2020
PSJ, “Barselona“dan Neymar üçün 80 milyon avro və Dembeleni istəyir
15.07.2020
“Valensiya“ 7 aparıcı futbolçusunu satır
14.07.2020
“Mən Azərbaycan xalqının bir parçası olmaq istəyirəm“ - VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11550

1 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir
2 Yeni Eranın Elmi “Alternativ Pisixologiya“ İnsanlığa Xidmət edir!
3 Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
4 “Azərbaycana pul yox, iş görmək üçün gəlirəm“
5 Ekpress küftə-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info