“Christian Science Monitor”: “Liviya kənar dövlətlərin yardımı olmadan xaosdan çıxa bilməyəcək”
Tarix: 14.10.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Kristofer Çivvis: “BMT, Avropa İttifaqı və NATO Liviyada sabitliyin bərpa olunması üçün alternativ plan ortaya qoymasalar, ölkədə yeni vətəndaş müharibəsi baş qaldıracaq”

Müəmmar Qəzzafini demokratiya, azadlıq şüarı adı altında devirən Qərb gücləri hələ də liviyalılara vəd etdikləri “azadlığı” və “demokratiyanı” verə bilmirlər. Qəzzafinin devrilməsindən iki il keçməsinə baxmayaraq Liviya hələ də qanlı toqquşmalar meydanı olaraq qalır. Bu yaxınlarda Tripolidəki otellərdən birindən ölkənin baş naziri Əli Zeydanın oğurlanması və sonradan azadlığa buraxılması da Liviyanın nə qədər “sabit” dövlət olduğunu göstərir.
Bu haqda məlumat verən ABŞ-ın “Christian Science Monitor” nəşri yazır ki, iki il ərzində baş verənlər Liviyanın gələcəyinin çox dumanlı olduğunu təsdiqləyir. Məqalə müəllifi olan politoloq Kristofer Çivvis qeyd edir ki, hökumət başçısının oğurlanması NATO təyyarələrinin 2011-ci ildə Qəzzafidən “azad” etdiyi Liviya ilə Qərbin münasibətlərinin nə qədər çətin olduğunu göstərir: «Tarixi nümunələr göstərir ki, vətəndaş müharibəsi başa çatandan sonra təhlükəsizlik sisteminin bərpası tam təmin olunmursa, siyasi və iqtisadi problemlərin həllindən danışmaq yersizdir. Liviya məhz belə situasiya ilə qarşılaşıb. Qəzzafidən sonra hakimiyyətə gələn qüvvələr əllərində çoxlu silah-sursat olan yüzlərlə döyüşçünü silahsızlaşdıra və cəmiyyətə inteqrasiya edə bilməyib. Görünən odur ki, Liviya kənar dövlətlərin yardımı olmadan xaosdan çıxa bilməyəcək.

“Terror və partizan hücumları artıq adi həyat normasına çevrilib”

Qəzzafi rejiminin məhv edilməsinə yardım etmiş NATO indi də Liviyada təhlükəsizlik qüvvələrinin formalaşdırılmasına yardım etməlidir. BMT və Avropa İttifaqı silahsızlaşdırma ilə bağlı proqramların və konfransların keçirilməsini maliyyələşdirməlidir. Məsələ ondadır ki, məhz həmin silahlı dəstələr Liviyada stabilliyin pozulmasının əsas səbəbkarıdır. Əgər BMT, Avropa İttifaqı və NATO Liviyada sabitliyin bərpa olunması üçün alternativ plan ortaya qoymasalar, ölkədə yeni vətəndaş müharibəsi baş qaldıracaq. Liviyada vətəndaş müharibəsi başa satandan sonra baş verən toqquşmalar nəticəsində yüzlərlə insan həlak olub. Terror və partizan hücumları artıq adi həyat normasına çevrilib. Təhlükəsizliyin təmin olunmadığı və silahlı toqquşmaların gündəlik baş verdiyi ərazilər əvvəlcə cənub və şərq əyalətləri ildə məhdudlaşırdı. İndi həmin toqquşmalar mərkəzə, paytaxt Tripoliyə ayaq açıb. Hazırda Tripoli də güclü qruplaşmaların mübarizə meydanına çevrilib. Liviya hökuməti artıq öz ordusuna nəzarət etmək iqtidarında deyil. Baş nazir Əli Zeydanı oğurlamış qruplaşma əslində Daxili İşlər Nazirliyinə tabe olmalıdır, amma faktiki heç dövlət orqanına tabe deyil. Ölkənin seçilmiş hökuməti daimi təzyiq və təhdid altında fəaliyyət göstərir. Güclü qruplaşmalar Milli Konqresin binasını tez-tez mühasirəyə alır, istəyəndə içəri daxil olur, istədiyi siyasətçini girov götürür. Əgər təhlükəsizliyin təmin olunması ilə bağlı təcili tədbirlər görülməsə Liviyanı çox qaranlıq gələcək gözləyir.

“Tripoli güclü qruplaşmaların mübarizə meydanına çevrilib”

Qəzzafinin vaxtilə dediyi “Mənsiz Liviya Aralıq dənizinin Somalisinə çevrilər” fikri təsdiqini tapır. Belə olan halda NATO və onun müttəfiqlərinin Qəzzafini devirmək üçün çəkdiyi əziyyət və sərf oluna vəsait boşuna getmiş olacaq. Baş nazirin oğurlanması, bunun ardınca ABŞ-ın bu ölkədə həyata keçirdiyi qısamüddətli əməliyyat və nəticədə “əl-Qaida” liderlərindən birinin məhv edilməsi Liviya hökumətinin çətin şəraitdə fəaliyyət göstərdiyini ortaya qoyur. ABŞ-ın istədiyi vaxt bu ölkədə əməliyyat keçirməsindən sonra Liviya liderləri ölkənin suverenliyi ilə beynəlxalq ictimaiyyətdən dəstək alınması arasında balansı tapa bilmirlər. Ona görə də beynəlxalq ictimaiyyət təcili şəkildə Liviyaya yardım etməlidir. Bəzi NATO ölkələri Liviyaya əsgər və polis hazırlığında yardım edə biləcəyini açıqlayıb. Liviya ölkədə sabitlik yarada biləcək polis və orduya çox ehtiyac duyur. Baş nazirin oğurlanması Liviyadakı faciəli vəziyyətin nümunəsi idi. Bu faktın özü təsdiqləyir ki, Liviyanın güclü orduya ehtiyacı var. Liviya üçün təhlükəsizlik xidməti əməkdaşları hazırlamaq heç də asan məsələ deyil. İordaniya bu işə ilk qoşulan dövlətlərdən biri idi. Amma liviyalı gənc polislərin bu ölkədə hazırlıq keçdiyi vaxt içki içərək, bina yandırması İordaniyanın hazırlığı dayandırması ilə nəticələndi. Ona görə də Liviya liderləri və NATO bu məqsədlə birgə plan hazırlamalıdır. Bundan sonra əsas qruplaşmaların məskunlaşdığı Tripoli. Binqazi, Misrata və Zintanda konfranslar təşkil edilməlidir. Həmin konfranslarda qruplaşmaların məqsədinin nə olduğu müəyyənləşdirilməlidir. Bundan sonra tədricən onların əlində olan silahlar azaldılmalıdır. Belə konfransların keçirilməsi qruplaşmalarla hökumət arasında etimad mühiti yarada bilər. Bu amil böyük qruplaşmaların törədə biləcəyi risk amilini aşağı sala və bununla da mümkün vətəndaş müharibəsinin qarşısı alına bilər. Belə olan halda həmin qruplaşmalar güclü ordu formalaşdırılmasını özlərinə qarşı təhlükə kimi görməyəcəklər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info