Ramazan bayramının qaydaları
Tarix: 24.05.2020 | Saat: 22:07:00 | E-mail | Çapa göndər



Ramazan bayramı (Fitr bayramı) şəvval ayının 1-ci günüdür, Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir



Ramazan bayramı
(Fitr bayramı) şəvval ayının 1-ci günüdür, Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir.
Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3-5)
Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır. Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın" (Bəqərə surəsi, 187)
Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidiyə verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq. buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər. Bayram günü oruc tutmaq haramdır.
Bayram günü qüsl almaq, çimib təmizlənmək, təmiz paltar geyinmək müstəhəbdir.
Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmamışdan qabaq heç olmasa bir kiçik xurma yeməlidir.
Bayram günü bütün müsəlmanların bir-birlərini bayram münasibəti ilə təbrik etmələri və bir-birləri üçün dua etmələri təqdirəlayiqdir. 1993-cü ildən Azərbaycanda Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Orucluq (Ramazan) bayramı Azərbaycanda Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.
Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazları qılınır, sonra isə fitrə yığılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa, o qədər yaxşıdır.




 
Bölməyə aid digər xəbərlər
01.07.2020
Sabahdan Bakıdakı polis postları ləğv edilir
01.07.2020
Qurban bayramında 4 gün iş olmayacaq
01.07.2020
Son 6 ayda 3908 əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib
01.07.2020
İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək
01.07.2020
Azərbaycançılıq ideyası dünya azərbaycanlıları arasında təbliğ olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info