“Euronews”: “ABŞ-da veteranlar etiraz aksiyası keçirirlər”
Tarix: 14.10.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Euronews” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin veteranları və konservativ hərəkatın tərəfdarları Ağ Evin qarşısında etiraz aksiyası keçiriblər. Etiraz nümayişinin iştirakçıları ölkə prezidenti Barak Obamanın və Konqresin deputatlarını istefaya getməyə çağırıblar.
Mitinq müəyyən məqamda polislə toqquşma həddinə çatsa da, sonda dinc şəkildə başa çatıb. ABŞ-da daha bir aksiya Sara Peylin və senator Ted Kruzun iştirakı ilə İkinci Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə həsr olunmuş Memorialın yanında keçirilib. Bu etiraz aksiyası isə bir neçə gün öncə hökumət strukturlarının maliyyələşdirilməsinin dayandırılmasına görə keçirilib. Həmçinin, ABŞ Konqresinin divarları qarşısına yığışan camaat “demokrat”lardan və “respublikaçı”lardan tələb edib ki, dövlət büdcəsində dövlət borcları ilə bağlı kompromissə nail olsunlar və ölkə əvvəlki kimi adi məcrasına qayıtsın. Əks halda, oktyabrın 17-də ölkəni borc məsuliyyəti ilə bağlı defolt gözləyir. Obama isə digər məsələlərlə bağlılığı olmadan, hökuməti müvəqqəti maliyyələşdirməyə həsr edilmiş qətnamənin bəyənilməsində israr edir. Bundan başqa, məcburi məzuniyyətdən milli parkların və muzey komplekslərinin əməkdaşları geri dönüblər. Onlar Azadlıq heykəli və Böyük Kanyonu turistlər üçün açıblar. Ştatların və xeyriyyə fondlarının maliyyəsi sayəsində turistlər artıq dünən Raşmor dağı və digər əlamətdar yerləri görə biliblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info