QHT-lərimizdən etiraz: “Freedom House“ ölkəmizə qarşı həmişə ədalətsiz münasibət göstərir”
Tarix: 14.10.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Devid Kremerin Avropa Birliyinə müraciəti onun hazırda rəhbərlik
etdiyi təşkilatın Azərbaycana qarşı qərəzli münasibətinin davamıdır”


"Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar neqativ mövqe sərgiləyib”. Bu barədə Azərbaycan Milli QHT Forumunun yaydığı bəyanatda bildirilir.
Qeyd olunur ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini ümumilikdə 1400-ə qədər əcnəbi və 50 mindən artıq yerli müşahidəçi izləyib: “Avropa Parlamenti, AŞPA, ATƏT, Asiya ölkələri Siyasi Partiyalar İttifaqı, MDB, Türk PA və digər beynəlxalq müşahidəçi missiyaları ilkin hesabatlarında prezident seçkilərinin yüksək səviyyədə təşkil edildiyini, onun demokratik və şəffaf şəkildə keçirildiyini vurğulayıblar. Çoxsaylı yerli və xarici müşahidə missiyalarının 9 oktyabr seçkiləri ilə bağlı səsləndirdikləri müsbət fikir və rəylərə baxmayaraq, "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının sədri Devid Kremerin bütün etik normaları tapdayaraq, Azərbaycandakı seçkilərə qarşı açıq qərəz nümayiş etdirməsi ölkənin ən iri QHT koalisiyası olaraq bizi narahat etməyə bilməz”.


Milli QHT Forumu hesab edir ki, geniş rəqabətlilik və çoxsaylı əcnəbi və yerli müşahidəçilərin iştirakı ilə keçən 9 oktyabr prezident seçkilərinin nəticələrinə verilən hansısa ədalətsiz qiymətlə razılaşmaq sadəcə mümkün deyil: “Azərbaycan əhalisinin müxtəlif təbəqələrinin seçki günü öz iradələrini nümayiş etdirərək istədikləri namizədə səs verməsinə görə heç bir beynəlxalq qurum dövlətimizi və seçki institutlarımızı qınaya bilməz. Hesab edirik ki, Azərbaycan seçicisinin rəyi hər bir kənar mövqedən qat-qat üstündür. Bu baxımdan "Freedom House" kimi ölkəmizə qarşı həmişə qərəzli və ədalətsiz münasibəti ilə tanınan təşkilatın rəyinə də ciddi yanaşmağa dəyməz. "Freedom House"un rəhbəri Devid Kremerin dövlətimizə qarşı sanksiya tələbi ilə Avropa Birliyinə müraciət etməsi Azərbaycan xalqına hörmətsizlikdir. Bir daha bəyan edirik ki, 9 oktyabr prezident seçkiləri azad, ədalətli, şəffaf və demokratik ölkələrdə tətbiq edilən seçki standartlarına uyğun səviyyədə həyata keçirilib və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.
QHT Əməkdaşlıq Alyansı da məsələ ilə bağlı etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir ki, Devid Kremerin Avropa Birliyinə bu müraciəti onun hazırda rəhbərlik etdiyi təşkilatın Azərbaycana qarşı qərəzli münasibətinin davamıdır: “QHT Əməkdaşlıq Alyansı 2013-cü il prezident seçkilərinin uzunmüddətli müşahidəsini həyata keçirib və kiçik istisnalar olmaqla, seçkiöncəsi vəziyyətin qənaətbəxş olduğunu, hökumət tərəfindən namizədlərə bərabər imkanlar, media və vətəndaş cəmiyyəti institutlarına sərbəst şəraitin yaradıldığının şahidi olub. Biz "Freedom House" təşkilatını Azərbaycan xalqının çoxluğunun mövqeyinə hörmət etməyə, hüquq-müdafiə təşkilatı kimi öz vəzifələrinə məsuliyyətlə yanaşmağa, Azərbaycan seçicilərinin hüquqlarını pozmamağa çağırırıq”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) da "Freedom House"un prezidenti Devid Kremerin qərəzli mövqeyinə dair bəyanat verib. Bəyanatda qeyd edilir ki, AVCİYA prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə bu ilin əvvəlindən başlayaraq ölkə üzrə geniş fəaliyyət proqramı həyata keçirib. AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi Avropa Şurası və ATƏT- in Bakı ofisi ilə əməkdaşlıq edib, Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyaları ilə Bakıda və regionlarda 6 görüş keçirib, geniş fikir mübadilələri aparıblar. Prezident seçkisindən bir gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun dəvəti ilə beynəlxalq müşahidə missiyası ilə görüşdə iştirak edən AVCİYA nümayəndəsi həmin qurumun aralıq hesabatlarında yer almış əsassız iddiaları faktlarla təkzib edib. Təşviqat kampaniyasının Fransada 22 gün, İspaniyada 15 gün və digər Avropa ölkələrinin əksəriyyətində də bu cür olduğu halda Azərbaycanda seçki təşviqat kampaniyasının 23 gün olmasının tənqid olunması heç bir məntiqə uyğun gəlmir: “Prezident seçkilərindən dərhal sonra dünyanın aparıcı dövlət başçılarının seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik etdiyi bir vaxtda, təəssüf ki, "Freedom House" beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremer ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun açıqladığı qərəzli yanaşmaya oxşar, heç bir sağlam məntiqə uyğun olmayan mövqe ortaya qoyub. Onun Avropa İttifaqından Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi, viza rejiminin sadələşdirilməsinə dair danışıqları dayandırmağı tələb etməsi isə beynəlxalq hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndirməlidir. Bütün bunlar "Freedom House" beynəlxalq hüquq müdafiəsi təşkilatının Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe tutmaqda davam etdiyini göstərir”. AVCİYA Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun olaraq, şəffaf və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha stabil, konstruktiv, demokratik olduğunu bəyan edir və "Freedom House" beynəlxalq hüquq müdafiəsi təşkilatının prezidenti D.Kremerin seçkilərlə bağlı qərəzli mövqeyini kəskin şəkildə pisləyir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi də "Freedom House" rəhbərinin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı mövqeyinə etirazını bildirib. "ELS"in rəhbəri İradə Yaqubova bildirib ki, D.Kremer əsassız olaraq Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirdiyini bildirir və Avropa İttifaqını Azərbaycanın hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırır: "Prezident seçkilərinin demokratik və şəffaf şəraitdə keçirildiyinə D.Kremerin kölgə salmaq cəhdləri onun Azərbaycan hakimiyyətinə qarşı qərəzli mövqe tutmasından irəli gəlir. Artıq beşinci dəfə "exit-poll" tədqiqatını həyata keçirən və bu sahədə müəyyən təcrübə toplayan qeyri-hökumət təşkilatının rəhbəri kimi deyə bilərəm ki, sorğuda iştirak edən səs vermiş seçicilərin heç biri onlara hər hansısa təzyiqin olduğunu bildirməmişdir. Onların məxfiliyi qorunan şəraitdə, anonim anketin suallarına verdikləri cavablarından məhz İlham Əliyevin böyük səs fərqi ilə qalib gəldiyi görünür. Bu 78 mindən artıq sorğu anketinin cavabları ilə təsdiqlənən bir gerçəklikdir və bu inkar etmək olmaz".





 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info