Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tarix: 25.05.2020 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam. Ölkənizin iqtisadi, sosial və digər sahələrdə nümayiş etdirdiyi sanballı nailiyyətlər beynəlxalq aləmdə etiraf edilib və dövlətinizin dünya arenasında mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.

Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli əlaqələrin möhkəmlənməsinə Sizin sanballı töhfəniz ölkələrimizin əhalisinin rifahı naminə ikitərəfli əməkdaşlıq potensialını reallaşdırmağa kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi, yeni uğurlar və nailiyyətlər, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.




 
Bölməyə aid digər xəbərlər
09.07.2020
Son illər Diasporla İş üzrə Dövlət Komitəsi açıq platformaya çevrilib, artıq bu müstəvidə çox ciddi fikir mübadiləsi aparmaq mümkündür
09.07.2020
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
09.07.2020
KTN: Əməliyyat subsidiya mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir
09.07.2020
ƏT-in Minsk qrupunun işğalçı Ermənistana təyziq etmək əvəzinə, Azərbaycana tələb irəli sürməsi həmin qrupa inamı tamamilə sarsıdıb
09.07.2020
Sabah Bakıda güclü külək, rayonlarda dolu, leysan gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Asan plov -VİDEO
3 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info