“ATƏT DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmaq mümkün deyil”
Tarix: 14.10.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“ATƏT PA missiyasının üzvləri seçkilərlə bağlı sənədin hazırlanmasında iştirak etməyiblər”

“Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazen məruzə ilə çıxış edib”.
Millət vəkili Elxan Süleymanovun verdiyi xəbərə görə, cənab Vuazen ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu bildirib: “O, bu bəyanatın ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin qeyd etdikləri müsbət fikirləri əks etdirməyən birtərəfli sənəd olduğunu təəssüflə bildirdi. Cənab Vuazen ATƏT DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını da qeyd etdi, bu barədə fikirlərini katibliyə təqdim etdiyi hesabatda ətraflı izah etdiyini komitə üzvlərinin diqqətinə çatdırdı. Mişel Vuazen Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına yaxınlaşmaq istiqamətində böyük addım adlandırdı. O, seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğuladı. Bununla bağlı Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəyanatlarına tamamilə qoşulduğunu bəyan etdi”.
E.Süleymanov bildirib ki, M. Vuazen Daimi Komitədəki çıxışı zamanı ATƏT DTİHB-nin oktyabrın 10-da Bakıda səsləndirdiyi bəyanatın ilk cümləsində bu bəyanatın ATƏT DTİHB və ATƏT PA-nın birgə səyləri nəticəsində ərsəyə gələn sənəd olması ifadəsinə də kəskin etirazını bildirib: “O, qətiyyətlə bəyan etdi ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri olaraq o özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak etdiyini və bu bəyanata etirazını bildirdiyini deyib”.
Millət vəkili vurğulayıb ki, Daimi Komitənin iclasında cənab Mişel Vuazen Azərbaycanda keçirilən prezident seçkilərində şübhəsiz qalib müəyyənləşdiyini bildirib. O, ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info