Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır
Tarix: 26.05.2020 | Saat: 13:18:00 | E-mail | Çapa göndər



Salyandakı Mir Əşrəf ağa məscidində 150 ildən çox yaşı olan nadir çıraq saxlanılır. Bu günümüzə kimi gəlib çatan bu nadir çıraq məscidə gələnlərin də böyük marağına səbəb olur.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzunluğu bir metr, ağırlığı isə 70 kiloqram olan çıraq Rusiyada istehsal edilib.
Mir Əşrəf ağa məscidi 113 il bundan əvvəl xeyriyyəçi usta Hacı Tağı bəy tərəfindən tikilib istifadəyə verildikdən sonra bu çıraq məscidə bağışlanıb və ondan ötən əsrin 50-ci illərinə kimi istifadə olunub.
Çırağı neftlə doldurmaq üçün xüsusi qaldırıcı mexanizmdən istifadə edilib.
Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, çıraqdan təkcə işıqlandırmada deyil, həm də istilik mənbəyi kimi də istifadə olunub. Qış aylarında məscid soyuq olduğundan çıraq aşağı salınar, bura gələnlər onun ətrafına toplaşarmışlar. Deyilənlərə görə, məsciddə buna oxşar kiçik həcmli bir neçə çıraq da olub.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
“İnsanlar epidemiyanın 100 ildə bir olduğunu düşünürlər, amma bu, belə deyil“
07.07.2020
Dünyanın ən uzun yaşayan yapışıq əkizi həyatdan köçdülər
07.07.2020
Polşada homoseksuallara övladlığa uşaq götürmə qadağan edildi
07.07.2020
Afrikada fillər kütləvi şəkildə ölür
06.07.2020
Türkiyənin tibbi və ətirli bitki ixracatında ilk sıralardadır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Asan plov -VİDEO
3 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info