Mobil operatorlar Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqini ləngidir
Tarix: 15.10.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqini ləngitməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək üçün hazırlıq işlərinə başlayıb.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. “Hazırda hamını ən çox maraqlandıran məsələ Mobil Nömrələrin Daşınması Sisteminin tətbiq olunmasıdır. Çox təəssüf ki, bu sistemin tətbiqi artıq bir ildir yubanır. Mobil operatorların verdiyi sözə görə, oktyabrın 1-dən Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqi həyata keçirilməli idi. Lakin bu, yenə də baş tutmayıb» - deyə Ə.Abbasov vurğulayıb. Onun sözlərinə görə, nazirlik artıq bu məsələ ilə bağlı məhkəmə işlərinə start verib və bu istiqamətdə hazırlıq işləri gedir: «Bu sistemin tətbiqinə hətta oktyabrın 1-dən və ya bundan sonra başlanılsa belə, bunun üçün mərkəzləşdirilmiş sistem hazırdır. Lakin buna çəkilən investisiya və digər xərclər var ki, onların ziyanlarının mobil operatorlar tərəfindən ödənilməsi sualını ortaya qoymuşuq. Amma yenə də bildiririk ki, bu ilin sonuna kimi bu sistemi həyata keçirməliyik. Əgər gələn ilin yanvarın 1-dən bu sistemi həyata keçirə bilməsək, bu məsələ yəqin ki, builki hadisələr arasında ən mübahisəli sual olacaq”. Nazir əlavə edib ki, bu problem təkcə Azərbaycan deyil, eyni zamanda bəzi MDB ölkələrinə xasdır: «Rusiyada bu məsələ ilə bağlı hətta qanun qəbul edilib, onlar da bu sistemi tətbiq etmək istəyir. Moldova və Gürcüstan kimi ölkələrdə isə Mobil Nömrələrin Daşınması Sistemi artıq tətbiqi olunub».




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info