Salome Zurabişvili: Gürcüstanda parlament seçkiləri vaxtında keçiriləcək
Tarix: 26.05.2020 | Saat: 14:33:00 | E-mail | Çapa göndər



Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv olunmayıb. Narahatçılığa da ciddi əsas yoxdur. Ona görə də deyə bilərəm ki, ölkədə parlament seçkilərinin keçirilməsi və konstitusiyaya təklif olunan dəyişikliklərin qəbul edilməsi gecikməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili mayın 26-da Vaziani hərbi bazasında Müstəqillik Gününə həsr olunan tədbirdə çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, Gürcüstanda fövqəladə vəziyyət rejiminin elan edilməsinə və komendant saatının tətbiqinə baxmayaraq, ölkədə demokratiya prinsipləri heç bir mərhələdə pozulmayıb. Gürcüstan demokratik prinsiplərin qorunması üçün əlindən gələni edib və bundan sonra da edəcək.
Onun sözlərinə görə, parlament seçkilərinin təxirə salınması üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri bu ilin oktyabrın 31-nə təyin olunub.




 
Bölməyə aid digər xəbərlər
09.07.2020
“Biz sizə konstitusiyanı verdik, sizsə bizə qandal taxırsız“
09.07.2020
“COVID-19 Moskvada geri çəkilməyə davam edir“
09.07.2020
Moskvada qoruyucu maska rejimi ləğv olunur
09.07.2020
Rusiyada silsilə cinayətlərdə ittiham olunan qubernator saxlanılıb
09.07.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 30 mini keçib, 535 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Asan plov -VİDEO
3 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info