Vikipediyada Özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə istifadəyə verilib
Tarix: 26.05.2020 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış yazıçı, damaturq, ədəbiyyatşünas, tərcüməçi, dirijor, əməkdar incəsənət xadimi, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində xüsusi bölmə istifadəyə verilib.
Azərbaycan klassik realist dramaturgiyasını dolğun məzmunlu dram əsərləri ilə zənginləşdirən, nəsr əsərləri ilə şöhrətləndirən Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində mühüm rolu olan şəxsiyyətlərdəndir. O, həm Azərbaycan dramaturgiyasını və bədii nəsrini, həm də satirik publisistikanı yeni və orijinal mövzularla zənginləşdirmişdir.
Özbək dilində istifadəyə verilmiş “Abdurahimbek Haqberdiyev” adlı bölmədə ədibin həyatı, yaradıcılığı, yaratdığı əsərlər, bütövlükdə ədəbi fəaliyyətinə nəzər salınmış və bu haqda məlumatlar öz əksini tapmışdır.
Bundan başqa, bölmədə Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycanın Şuşa şəhərində səhnəyə qoyduğu əsərlər haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalında Haqverdiyevin dərc edilən hekayə və felyetonları ona şöhrət qazandırır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə görkəmli yazıçı, dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim “Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar il ərzində Özbəkistanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürrəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.
Vikipediyada Özbək dilində yaradılmış Əbdürrəhim bəy Haqverdiyev haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Abdurahimbek_Haqberdiyev linkində tanış olmaq mümkündür.





 
Bölməyə aid digər xəbərlər
08.07.2020
BDU-da bu gün 4203 tələbə imtahanda iştirak edib
08.07.2020
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə virtual infotur təşkil edilib
08.07.2020
Bakı Dövlət Universitetində virtual elmi seminar keçirilib
08.07.2020
Aİİ rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib
07.07.2020
Azərbaycan-Fransız Universitetində ilk “Məzun günü” onlayn keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Asan plov -VİDEO
3 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info