Yeni avtomobil yolu və piyada keçidləri tikilir
Tarix: 15.10.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Bakı şəhərində yeni piyada keçidlərinin inşasına başlanılıb. Bu obyektlərin tikintisi paytaxtın Xətai rayonunda yeni avtomobil yolunun salınması layihəsi çərçivəsində həyata keçirilir.
Bu barədə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, ərazidə yeni yolun salınması ilə əlaqədar iki və ya üç piyada keçidinin inşası nəzərdə tutulub: «Ərazidə artıq tikinti işlərinə start verilib. Artıq yolun torpaq yatağının salınmasına başlanılıb». P.Mürsəliyev deyib ki, Neftçilər prospektindən başlayan və Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək uzanacaq yeni avtomobil yolunun uzunluğu 2 km, eni 45 metr olacaq. Onun 1,4 kilometri Nobel prospektinə paralel, qalan hissəsi isə dənizə perpendikulyar çəkiləcək. Paralel yol 8 zolaqlı, dənizə perpendikulyar olacaq hissəsinin isə 6 zolaqlı olması planlaşdırılır. «Azəryolservis» rəsmisi bildirib ki, tikinti işləri gələn il yekunlaşacaq.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info