Çin Xalq Respublikasının liderindən təbrik
Tarix: 15.10.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının Sədri Si Tszinpin Azərbaycan Prezidentini təbrik edib:
“Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanda sabit sosial-siyasi vəziyyət müşahidə olunur, iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr əldə edilir, beynəlxalq birlikdə Azərbaycanın statusu və nüfuzu durmadan yüksəlir. Çin tərəfi bütün bunlara ürəkdən sevinir.
Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri diplomatik əlaqələrin qurulduğu 21 il ərzində sağlam və sabit məcrada inkişaf edir. Hər iki ölkə daim yüksək səviyyədə əlaqə saxlayır, işgüzar əməkdaşlıq səmərəli surətdə inkişaf edir, humanitar mübadilələr getdikcə daha sıx xarakter alır. Hər iki ölkə beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət həyata keçirir. Mən Çin ilə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına Sizin verdiyiniz mühüm töhfələri yüksək qiymətləndirirəm. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm. Çin sadiq dost və tərəfdaş kimi Azərbaycana güvənir. Mən Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafını iki ölkənin və onların xalqlarının rifahı naminə irəlilətmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram. Azərbaycanın çiçəklənməsini və qüdrətli olmasını, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram”.
Ukrayna Prezidenti Viktor Yanukoviç, İordaniya Haşimilər Krallığının Kralı Kral II Abdullah İbn Əl-Hüseyn, İtaliya Nazirlər Şurasının sədri Enriko Letta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbekoviç, İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu, Avropa Komissiyasının sədri Xose Manuel Barrozu, İordaniya Senatının sədri Tahir Əl-Masri, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Baş naziri Bidzina İvanişvili, Bosniya və Herseqovinanın kommunikasiya və nəqliyyat naziri Damir Hadziç, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi, ABŞ-ın Nyu-Cersi Baş Assambleyasının üzvü Upendra Çivukula, Nümayəndələr Palatasının üzvü Qreys Menq, Texas ştatından konqresmen Stiv Stokman da Azərbaycan Prezidentini qələbə münasibəti ilə təbrik ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info