“Azərbaycanda seçki prosesi bir çox cəhətlərinə görə Almaniyadakı seçkilərdən fərqlənmirdi”
Tarix: 15.10.2013 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“ATƏT DTİHB-nin mənfi hallarla bağlı yalnız müəyyən QHT-lərin yoxlanılmamış məlumatlarına əsaslanması təəssüf doğurur”
“Azərbaycanda seçki günü 59 seçki məntəqəsində apardığım müşahidələrin nəticəsi olaraq, qeyd edə bilərəm ki, seçkilər yaxşı hazırlanmışdı, seçki prosesi bir çox cəhətlərinə görə Almaniyadakı seçkilərdən demək olar ki, fərqlənmirdi”.
Bunu Monteneqronun Budva şəhərində keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Daimi Komitənin iclasında Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmiş ATƏT PA müşahidə missiyasının rəhbəri, Almaniyadan olan millət vəkili Doris Barnet deyib. D.Barnet mənfi hallarla bağlı məlumatların bir sıra hallarda yalnız müəyyən QHT-lərin yoxlanılmamış məlumatlarına əsaslandığını təəssüflə qeyd edərək, ümumiyyətlə, QHT-lərin təqdim etdiyi bütün məlumatların ATƏT DTİHB tərəfindən birmənalı olaraq qəbul edilməsinin düzgün olmadığını vurğulayıb. O, namizədlərin öz təbliğat fəaliyyətlərini həyata keçirməsi üçün 152 yer ayrıldığını, müşahidəçilərin isə həmin yerlərdən yalnız 52-də olduğunu və bununla bağlı fikirlərini hesabata daxil etmədiklərini söyləyib. Namizədlərdən birinə daha çox efir vaxtının ayrılması ilə bağlı irada münasibətində D.Barnet Almaniyada seçkilər ərəfəsində də Angela Merkelə onun gündəlik fəaliyyəti baxımından digərlərinə nisbətən daha artıq vaxt ayrıldığını vurğulayıb: “Seçki günü ancaq öz gördüklərimizə əsaslansaq, hər şey yaxşı hazırlanmışdı. Ümumiyyətlə, ATƏT DTİHB-nin seçkiləri qiymətləndirmə metodologiyasına yenidən baxılması lazımdır. ABŞ-la Azərbaycanda və ya Almaniya ilə Ukraynada keçirilən seçkilərə eyni meyarlarla yanaşmaq doğru deyil. Baş vermiş qüsurları isə pisləmək deyil, onların aradan qaldırılmasına yardımçı olmaq lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info