“Xalq seçkidə uğurlara davam etmək əzmində olduğunu ortaya qoydu”
Tarix: 15.10.2013 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Gənclərin hər sahədə fəaliyyətinin dəstəklənməsi üçün maliyyə, texniki, təşkilati mexanizmlər yaradılıb”

Dövlət başçısı İlham Əliyevin oktyabrın 9-da keçirilmiş şəffaf və demokratik seçkilərdə vətəndaşların böyük əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilməsi bir daha Azərbaycan cəmiyyətinin ona böyük etimad və inam bəslədiyini, ondan böyük gözləntiləri olduğunu ortaya qoydu.
Bu barədə qəzetimizə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Məmməd Vəliyev qeyd etdi ki, respublikamızda keçirilən prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi təbii və məntiqidir: “Çünki onu Azərbaycan əhalisinin böyük əksəriyyəti, yaşlı və gənc nəsli ilə bərabər ziyalılar, elm və mədəniyyət sahələrində çalışan mütəxəssislər də dəstəkləyirlər. O, bütün Azərbaycan cəmiyyətinin və eləcə də cəmiyyətin bütün zümrələrinin dərin rəğbətini və etimadını qazanıb. Odur ki, bu seçkilərdə də Azərbaycan məhz İlham Əliyevlə uğurlara davam etmək əzmində olduğunu bariz şəkildə ortaya qoydu. Seçki prosesi yüksək səviyyədə, ədalətli, şəffaflıq şəraitində, demokratik keçdi. Bütün bunları eyni zamanda, son 10 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardğı uğurlu xarici və daxili siyasətin nəticəsi kimi qəbul etmək lazımdır. Mən özüm adi bir vətəndaş kimi seçkidə iştirak edərək səs verdim və açıq müşahidə etdim ki, vətəndaşlar ürəklə seçkiyə gedirlər və insanların əhvali-ruhiyyəsindən, eləcə də keçirilmiş “exit-polların nəticələrindən öncədən də bəlli idi ki, seçkinin favoriti olan İlham Əliyev parlaq qələbə qazanacaq. Belə də oldu. Beləliklə, prezident seçkisinin nəticələri göstərir ki, xalqın gücü onu qoruyan dövlətdən, dövlətin də gücü xalqın bütün təbəqələrinin, ilk növbədə gəncliyin və ziyalılığın öz dövlətinə bəslədiyi hisslərdən, dövlətinə bağlılığından qaynaqlanır”.
Professor qeyd etdi ki, prezident seçkilərinin nəticələrini təsdiq edən bir sıra məqamları göstərmək daha aydın və konkret təsəvvür yaradardı: “Hazırda dünyada baş verən bir sıra proseslərdə Azərbaycan iqtisadi qüdrəti ilə yanaşı, həm də mədəni və elmi imkanları, kulturoloji təsirləri vasitəsi ilə fəal iştirak edir. Hal-hazırda respublikamızda elə bir şərait yaradılıb ki, öz missiyasını dərk edən və bütün gücünü, enerjisini onu reallaşdırmağa sərf edən hər bir gənc və yaxud ziyalı insan yüksək naliyyətlər əldə edə bilər, yüksək zirvələrə çata bilər. Bundan başqa, respublikamızda yaradılmış münbit şəraitdə gənclər daha mükəmməl və yüksək səviyyədə elmə və sənətə yiyələnməklə, praktiki baxımdan təkmilləşə bilirlər. Gənclərin hər bir sahədə fəaliyyətinin dəstəklənməsinə dövlətimiz tərəfindən çox böyük önəm verilir. Bunun üçün xüsusi maliyyə, texniki, təşkilati dəstək mexanizmləri, qurumları yaradılıb. İndi də dövlətimiz gənclərin məşğulluğunun artırılması və ixtisaslaşmasının daha yüksək səviyyədə olması üçün dəstəyini xeyli artırıb. Bu baxımdan son dövrdə Prezidentin təşəbbüsü ilə qəbul olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı xüsusilə təqdirəlayiqdir. Bu proqram çox geniş olmaqla elm sahəsini də əhatə edir. Bu sahə də digər sahələr kimi gənclər üçün xüsusi əhəmiyyətə malikdir. Bu sahədə gənclərin öz elmi ideya və layihələrini gerçəkləşdirmələri üçün xüsusi qrant müsabiqələri keçirilir. Gənclərin çox hissəsi artıq bu cür elmi qrant müsabiqələrinin qalibləri olublar. Bu qrantlar həm Elmin İnkişafı Fondu, həm də digər təşkilatlar tərəfindən verilir. Alimlərin, o cümlədən gənc alimlərin müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda iştirakı son illərdə xeyli dərəcədə artıb. Yüksək inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, modern cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşir. Respublikamızda regionların inkişafı elmi və iqtisadi baxımdan əsaslandırılmış şəkildə yerinə yetirilir. Bütün bu qısaca qeyd etdiklərimdən də anlaşılır ki, seçkilərin nəticəsi son illərdə İlham Əliyev tərəfindən görülən işlərə, əldə edilən konkret uğurlara, sosial-iqtisadi rifaha xalqın verdiyi qiymətdir”.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info