Hökumət evinin qarşısında ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib
Tarix: 15.10.2013 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib. Prezident İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtın yol infrastrukturu tamamilə yenidən qurulur, müasir körpülər və yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, yeni parklar və xiyabanlar salınır, şəhərdə nəqliyyatın hərəkətinin intensivliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırıb. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Dövlət başçısı bütün bunların aradan qaldırılması üçün paytaxtın Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikilməsi ilə bağlı göstəriş vermişdi. Hər mərtəbəsi 30 min kvadratmetr və ya 2 min avtomobil tutumuna malik olan yeraltı dayanacağın inşasına 2012-ci ildə başlanılıb. Ötən dövr ərzində dövlətimizin başçısı mütəmadi olaraq burada həyata keçirilən inşaat prosesinin gedişi ilə maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun şəkildə icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verib. İnşaat işləri qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə başa çatdırılıb.
Prezident İlham Əliyev yeni yeraltı avtomobil dayanacağı ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılıb. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış var. Piyadalar üçün isə 6 keçid inşa olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılıb. Burada işçilər üçün xüsusi otaqlar yaradılıb.
Dövlət başçısı yeraltı avtomobil dayanacağında yaradılan şəraitdən razılığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info