“Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxırıq”
Tarix: 28.05.2020 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


"Rusiya və Azərbaycan strateji tərəfdaşdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

İki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən danışan nazir müavini bildirib ki, bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 27 faiz artaraq, 3,2 mlrd ABŞ dolları olub. Əlbəttə ki, koronavirus pandemiyası builki statistikaya təsir göstərəcək".

A. Rudenko Rusiyanın regionları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini xatırladıb. Bildirib ki, Rusiyanın 17 regionu ilə Azərbaycan arasında əlaqə var.

Rusiya XİN başçısının müavini koronavirus pandemiyası ilə mübarizədə ölkələrimiz arasında əməkdaşlığın mövcud olduğunu vurğulayıb: "Azərbaycan tərəfinin xahişi ilə 12 min test sistemi göndərilib. Bundan başqa vətəndaşlarımızın ölkələrinə qayıtması ilə bağlı tədbirlər görülüb".

Rusiyalı diplomat Moskva ilə Bakı arasında humanitar sahədə əlaqələrin də inkişaf etdiyini söyləyib: "Hal hazırda 11 min azərbaycanlı tələbə təhsil alır. Rusiyanın nüfuzlu ali məktəblərinin filialları Azərbaycanda uğurlu fəaliyyət göstərir. Planda Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin filanın açılması var. Biz Azərbaycanda rus dili və mədəniyyətinə olan qayğını yüksək qiymətləndiririk.

2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyət günləri keçirildi. 2020-ci ildə isə Rusiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək.

2020-ci ilin noyabrında keçirilməsi planlaşdırılan Sankt-Peterbuq Mədəniyyət forumuna Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın iştirakını gözləyirik".

A. Rudenko Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə ümidlə baxdıqlarını vurğulayıb: "Rusiya öz cənub qonşusunu çiçəklənən görmək istəyir".

O, çıxışında Azərbaycan xalqını 28 may respublika günü münasibəti ilə təbrik edib.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
“Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır“
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
3 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
4 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
5 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info