Havalar soyuyanda hansı qidalar yeyilməlidir
Tarix: 17.10.2013 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


İlin soyuq fəsli üçün altı ən yaxşı məhsul seçiblər. “Rambler.ru” yazır ki, ilin soyuq vaxtlarında orqanizmi düzgün qidalanma şərti ilə qorumaq olar. Qida orqanizmi dəstəkləməlidir, çünki kəskin hava dəyişikliyi orqanizm üçün güclü stresdir.
İlin soyuq fəsili üçün altı ən yaxşı məhsul aşağıdakılardır:
1. Ət və balıq məhsulları. Əgər yaz-yay aylarında ətin və balığın istehlakı minimuma yaxınlaşmışdısa, onda soyuqların gəlməsiylə əlaqədar onlar rasionda mütləq olmalıdır. Bu halda vacib deyil ki, piyli donuz ətindən və ya mal ətindən istifadə edilsin. Rasiona dana ətini, dovşan ətini və ya toyuq ətini daxil etmək daha yaxşıdır. Əti qızartmaq və ya pörtlətmək daha münasibdir, çünki bu zaman ət öz faydalı xüsusiyyətlərini özündə saxlayacaq. Ancaq balığı isə yağlı yemək daha məsləhətlidir ki, bu cür balıqlara panqasius və ya qızılbalığı misal göstərmək olar . Bu məhsullar immuniteti möhkəmləndirərək orqanizmi zülallarla və yağlarla təmin edəcək.
2. Turş süd məhsulları. Turş süd məhsulları qida rasionunun zülal hissəsini əla tamamlayır. Bu zaman onlar bağırsaqların mikroflorasını normallaşdırır və orqanizmdən zərərli şlakları çıxarırlar. Bunun üçün hər gün 1,5%-li kefir, təbii yoqurt, qıcqırdılmış süd və kəsmikdən istifadə etmək olar.
3. Bitki yağı. İlin soyuq fəslində, xüsusən də dəri təsirə məruz qalır, belə ki, soyuq vaxtlarda o codlaşır , quruyur və qabığı soyulur. Bitki yağlarında olan E vitamini buna qarşı çıxmağa kömək edəcək. Zeytun və günəbaxan yağı ən məsləhət görülmüş bitki yağlarıdır. Bundan başqa, onlar hipertoniya böhranlarının ehtimalını aşağı salaraq orqanizmi "yaxşı" xolesterinlə doyduracaqlar.
4. Mövsüm üzrə tərəvəzlər və meyvələr. Bu dövrdə orqanizm üçün məhz payız tərəvəzləri və meyvələri faydalıdır. Təbiət müdrikdir – o özündə ilin soyuq fəslinə qarşı orqanizmin müdafiəsi üçün lazım olan maddələri saxlayır. Meyvələrdən alma, armud və üzüm məsləhət görülür. Tərəvəzlərdən isə çuğundur, kök və kələm daha məsləhətlidir. Bu meyvə və tərəvəzlərdə böyük miqdarda faydalı maddələr və vitaminlər var.
5. Taxıl məhsulları. Sıyıqlar orqanizmi karbohidratlarla zənginləşdirir ki, bunun da sayəsində orqanizm uzun müddət enerji ilə təmin olunur. Taxıl məhsulları, xüsusilə də səhərlər - gərgin iş günündən əvvəl daha faydalı olacaq. Taxıl məhsulları orqanizmin immun sisteminin gücləndirilməsinə imkan yaradır.
6. Vitaminli içkilər. İlin soyuq fəslində isti vitaminli içkilərdən istifadə etmək daha məsləhətlidir. Vitaminli içkilər orqanizmi faydalı maddələrlə təmin edirlər və temperatur mübadiləsini tənzimləyirlər. Bu içkilərə misal olaraq itburnunu, limonu və zəncəfili misal göstərmək olar .

Elnarə




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info