Yük laynerinin pilotuna pişik hücum etdi
Tarix: 17.10.2013 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Təəssüf ki, bəzən aviareyslərə terrorçular hücum edir. Amma onların, bir qayda olaraq, “quyruqları” olmur. Lakin, hər şey nə vaxtsa ilk dəfə olur. “Newsland.com” yazır ki, Səudiyyə Ərəbistanından Honkonqa uçmuş təyyarənin pilotu təcavüzkar pişik tərəfindən hücüma məruz qalıb. "Arab News" bildirir ki, bu səbəbdən də reysi təxirə salıblar. Araşdırmanın gedişatında aydınlaşıb ki, heyvan təyyarəyə soxularaq pilotun oturacağının altında yatıb. Gəmi komandiri mühərriki işə saldıqda isə, quyruqlu sərnişin turbinlərin uğultusundan o qədər qorxur ki, dəhşət içində pilota hücum edir. "Terrorçuyla" qısa mübarizədən sonra pilot reysi ləğv etməyə qərar verir. Ekipajın üzvləri sakitliyi pozanı tapmağa çalışırlar, amma faydasız olur. Pişik cinayət yerindən dərhal uzaqlaşmışdı. Bu, heyvanların təyyarəyə daxil olduqları birinci hadisə deyil. Belə ki, ötən ilin dekabrında Qahirədən Əl-Küveytə uçan təyyarənin salonuna zəhərli kobra daxil olmuşdu. 2013-ci ilin əvvəlində isə piton Yeni Qvineyaya uçmağa “qərar vermişdi”.

Elnarə




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı
15.10.2019
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info