Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi
Tarix: 28.05.2020 | Saat: 20:07:00 | E-mail | Çapa göndər



Mayın 28-də gecə saat 3 radələrində Yasamal rayonu ərazisində xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar.


DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaratmış və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nin əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilib.

E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş RPŞ tərəfindən də axtarışdadır.

Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.




 
Bölməyə aid digər xəbərlər
05.07.2020
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
05.07.2020
Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı
04.07.2020
Boya zavodunda yanğında FHN-in dörd əməkdaşı xəsarət alıb
04.07.2020
Binəqədidə boya zavodu yanır
04.07.2020
Qazaxda mağazadan 2500 manat dəyərində geyim əşyaları oğurlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
3 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
4 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
5 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info