“O vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi“
Tarix: 28.05.2020 | Saat: 22:51:00 | E-mail | Çapa göndər



“Nə üçün torpaqlarımız işğal altına düşdü? Necə oldu ki, biz bu torpaqları qoruya bilmədik? Necə oldu ki, ermənilər xarici dəstəyin hesabına torpaqları işğal etdilər, insanları öz doğma torpaqlarından didərgin saldılar? Mən bu suallara cavabı bilirəm və Azərbaycan xalqı da bilir. Amma yenə də həmişə fikirləşirəm ki, əgər o vaxt Azərbaycanın başında Heydər Əliyev olsaydı, heç vaxt bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi”.


APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışında səsləndirib.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin dövründə Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda elə bir möhkəm iradəyə sahib idi ki, bir nəfər erməni də səsini çıxara bilmirdi: “Düzdür, Moskvaya, Siyasi Büroya donoslar yazırdılar ki, guya onları orada incidirlər və yaxud da onlar diskriminasiyaya uğrayırlar. Hamısı yalan idi. Çünki iqtisadi göstəricilər var, onlar göstərir ki, Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ondan əvvəl - 1960-cı illərdə hadisələr baş verib. Ancaq Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra və Bakıdan Moskvaya gedənə qədər orada heç bir hadisə olmayıb. Mən şəxsən atamla birlikdə Dağlıq Qarabağda olmuşam, Xankəndidə, Şuşada. Mən o ab-havanı görmüşəm, 1980-ci illərin əvvəllərində həm qış aylarında, - o məşhur fotolar, videolar var, - həm də yaz aylarında. Orada - həm Xankəndidə, həm də başqa yerlərdə heç bir problem yox idi.

Mənim gözümün qabağında ermənilər Heydər Əliyevin qarşısında fərəqət durmuşdular, onu salamlayırdılar. Orada Azərbaycan dilində poeziya günü keçirilmişdir. Erməni, Azərbaycan şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti, müdrikliyi imkan vermirdi ki, bir dənə də erməni baş qaldırsın. Şuşada olan zaman o qədim Azərbaycan şəhərinin tarixini görərkən biz bir daha görürdük ki, bizim nə qədər böyük tarixi irsimiz var. Yadımdadır, Ulu Öndər ev-muzeyləri, Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında və digər göstərişlər vermişdi ki, Azərbaycan mədəniyyəti orada daim yaşasın. Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Aydın məsələdir ki, Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar. Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal altına düşüb. Baxın, Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindən yüksək vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş nə baş verdi? Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə qoşulmuşdu. Sovet İttifaqının başında dayanan adamlar da öz ermənipərəst mövqeyi ilə fərqlənmişlər. Biz bunu yaxşı bilirik və artıq hərəkət başladı. O vaxt Azərbaycan hakimiyyəti nə etdi? 1987–ci ilin noyabrı idi. Heydər Əliyev vəzifədən gedəndə sonra cəmi iki həftə keçmişdi. Buradakılar neylədilər? Heç nə. Veclərinə də almadılar. Onlar elə bil ki, bu torpağın övladları deyildilər. Biganə qaldılar, reaksiya vermədilər. Vəziyyəti nəzarət altında saxlaya bilmədilər və nəticə etibarilə, çox da keçmədi, təxribat törədildi. Bu tarixə bu nöqteyi-nəzərdən baxın. Cəmi 3-4 ay keçdi, 1988-ci ilin fevral ayında Sumqayıt təxribatı törədildi. Nə idi o təxribat. Erməni quldurları orada dəstə yaradıb bir neçə ermənini öldürüb bunu Azərbaycan xalqının ayağına yazdılar. Bu da tarixi faktlardır.

İstintaqı biz aparmamışıq. İstintaqı Moskvadan gələn istintaq qrupu aparırdı. Orada bilindi ki, bu dəstənin başında dayanan ermənidir. Onun təcavüz etdiyi şahidlər üzünə demişdilər, o kadrlar var. Onun qətlə yetirdiyi insanların qohumları, yaxınları demişdilər ki, bizi öldürən budur. Baxın, sonra nə olur? Bu adam həbs olunur, ona hökm verilir. Bir ildən sonra o cəza çəkmək üçün Ermənistana göndərilir. Ermənistanda nə edirlər? Onu buraxırlar. Yaxşı, bu adam erməniləri öldürüb, bu da təsdiq olunub, istintaq materialları var. Nə üçün siz onu buraxırsınız? Deməli, bu, bəri başdan qurulmuş təxribat idi. Bu təxribatı ermənilər törədiblər, sonra yıxıblar Azərbaycan xalqının üstünə. Bu da onlara fürsət verib ki, Dağlıq Qarabağ məsələsini qaldırsınlar. Bax, budur tarix. Azərbaycan hakimiyyəti nə edib? Heç nə. O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o çinovniklərinin dabanını necə yalasın. Budur milli rəzalət".




 
Bölməyə aid digər xəbərlər
05.07.2020
Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
05.07.2020
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib
04.07.2020
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
04.07.2020
Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
04.07.2020
Sərt karantin tətbiq edilən ərazilərdə işləyən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
3 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
4 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
5 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info