Gənclərin seçki sevinci
Tarix: 17.10.2013 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Seçkidə xüsusi müşahidəçi kimi baş verənləri birbaşa izləməyə maraqlıyam. Görünür, bu, həm də jurnalist olaraq peşəmdən irəli gəlir. İctimai həyata qədəm qoyandan çalışmışam ki, ölkəmizdə keçirilən istənilən seçkiyə mənim də bir qatqım olsun. Bu işim təkcə səsverməklə kifayətlənməyib. Demək olar ki, hələ tələbəlikdən bu yana ölkəmizdə keçirilən müxtəlif seçkilərin əksəriyyətində ya müşahidəçi, ya müxtəlif sorğular çərçivəsində super-vayzer, ya da intervüyer kimi iştirak etmişəm. 9 oktyabr seçkisində də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının xətti ilə Respublika üzrə müşahidəçilik missyasını yerinə yetirirdim. Maraqlı seçki prosesinin müşahidəçi və izləyicisi oldum. Mərkəzi Seçki Komissiyası tərəfindən seçkinin rahat və şəffaf keçirilməsi üçün bütün şərait yardılmışdı. Ayrıca müşahidəçilər üçün də seçkini rahat izləmələri üçün yer ayrılmışdı. Bundan başqa isə seçkidən 2 ay qabaq əhalinin seçkiyə cəlb olunması ilə bağlı maariflənmə aparılmışdı. Və hər kəsə harada səs verəcəyi yeri göstərən bildirişlər göndərilmişdi. Belə olan halda isə vətəndaşlara qalan gəlib səs vermək idi. Əslində insanların seçkidə iştirakını qənatbəxş saymaq olar. Lakin müşahidəçi olduğum bir neçə seçki məntəqəsində vətəndaşların bəzən səs vermək üçün düzgün yerə getməməsinin şahdi olurdum. Amma dislokasiyaya uyğun olmayan seçki məntəqəsinə gəldiklərini biləndə təəssüf hissi keçirirdilər. Belə olduqda məntəqə işçiləri onları öz dislokasiyalarına uyğun olan seçki məntəqələrinə yönəldirdilər.
Ümumilikdə vətəndaşlar böyük həvəslə səs verməyə gəlirdilər. Bütün hallarda bir çoxları bu seçkini coşğu ilə qarşılayırdılar. İnsanlarda bir seçki sevinci yaşanırdı. Hətta bəziləri bu seçkini bayram kimi qəbul edirdi. Həmin gün bir-biri ilə bayaramlaşanlar da az deyildi. Diqqət çəkən bir məqamsa ilk səs verən gənclərin seçki sevinci yaşamaları idi. Anlaşılırdı ki, gənclər məsuliyyətli iş bilərək bu səsverməyə bir neçə gün qabaq hazırlaşmışdılar. Hətta səsvermdən sonra öz həyəcanlarını ifadə edən gənclərə də rast gəlmək olurdu. Sanki ağır, məsuliyyətli bir işin öhdəsindən gəlirmiş kimi görünürdülər. Öz səsvermə haqqını müqəddəs bilərək seçki prosesində aktivliklərini nümayiş etdirirdilər. Bu da gənclərin demokratiyaya, ən əsası isə dövlətə və öz gələcəklərinə inamı deməkdir.




 
Müəllifin son yazıları

23.09.2019 Milli maraqlara əsaslanan siyasətin nəticələri
11.04.2019 Ermənistanda “media soyqırımı”
12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info