Aİ Suriyaya tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb
Tarix: 29.05.2020 | Saat: 10:53:00 | E-mail | Çapa göndər



Aİ Suriyadakı mülki əhaliyə qarşı təzyiqlərin davam etməsi səbəbiylə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb.


Avropa İttifaqı (Aİ) Şurası Suriyada Əsəd rejiminin və tərəfdarlarının mülki əhaliyə qarşı təzyiqlərinin davam etməsi səbəbiylə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 1 iyun 2021-ci ilə qədər uzadılması barədə qərar verildiyini açıqlayıb.
Açıqlamada Aİ-nin Suriyadakı xalqa qarşı zorakılıqda iştirak etdiyi üçün sanksiya siyahısına daxil etdiyi insanların sayının 273 olduğu qeyd edilib.
Səyahətlərinə qadağa qoyulan bu şəxslərin Aİ-dəki əmlakı da dondurulur.
Aİ-nin Suriyada sanksiya tətbiq etdiyi ayrıca 70 qurum var. Suriya Mərkəzi Bankının da aralarında olduğu bu qurumların əmlakları da dondurulur.
Aİ-nin Suriyaya tətbiq etdiyi sanksiyalara sərmayələrin məhdudlaşdırılması, xalqa təzyiq üçün istifadə edilə bilən texniki avadanlıq və texnologiyaların ixracının qarşısını almaq və neft embarqosu daxildir.




 
Bölməyə aid digər xəbərlər
05.07.2020
İsraildə daha 755 nəfər koronavirusa yoluxub
05.07.2020
Belçika 5G texnologiyasına qarşı etiraza qalxdı
05.07.2020
“ABŞ İranın dostlarına təzyiq göstərir“
05.07.2020
İranda koronavirusdan sağalanların sayı 200 mini ötüb
05.07.2020
ÜST bu dərmanların sınaqlarını dayandırıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
3 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
4 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
5 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info