Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik
Tarix: 29.05.2020 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Bunu Trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
İcma rəhbəri qeyd edib ki, işğaldan azad ediləndən sonra Dağlıq Qarabağ və ətraf ərazilərdə dağıdılan şəhərlər, rayonlar, kənd və qəsəbələr ən müasir formada yenidən qurulacaq.
"Biz 2016-cı iln aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin qısa zaman ərzində yenidən qurulduğunun şahidi olduq. Yeni evlər, məktəb binası, uşaq bağçası, mədəniyyət sarayı, istirahət parkı, məscid tikildi, yaşıllıq zolaqları salındı. Kənd sakinləri uzun illərdən sonra yeni evlərinə qayıdaraq köçkünlük həyatına son qoydular.

Cocuq Mərcanlı, Şıxarx qəsəbələrinin timsalında Azərbaycan dövləti dünyaya sübut etdi ki, Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunacaq ərazilərimizdə ən qısa zamanda insanların bütün həyat şəraitini təmin edəcək, şəhər, rayon, kənd və qəsəbələr salmağa qadirdir. Köçkünlərlə keçirdiyimiz görüşlərdə bu mövzuda dəfələrlə söhbətlərimiz olub.
Elə insanlar var ki, geri qayıdandan sonra tikəcəyi evin layihəsi və mənzilin dizaynına qədər hər şeyi planlaşdırıb. Bu insanlar geri qayıdacaqları günü gözləyirlər ki, uzun illər xəyallarında yaşatdıqları arzuları reallaşdıra bilsinlər”.
T.Gəncəliyev qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışır:
“Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar masası üzərində mərhələli həll variantdır. Ermənistan hakimiyyətinin riyakarlığı üzündən münaqişənin həlli uzun illərdir ki mümkün olmur.
Ermənistan rəhbərliyi həm öz xalqını, həm də münaqişənin tərəfləri arasında vasitəçilik missiyası həyata keçirən qurumları aldadır. Bu isə bəlli bir nöqtəyə qədər davam edə bilər.
Hesab edirəm ki, artıq həm Ermənistan əhalisi, həm də beynəlxalq təşkilatlar bunu başa düşməyə başlayıblar. Ermənistan hakimiyyəti danışıqlarda etibarsız tərəf sayılır”.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib
30.06.2020
Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info