BMT baş katibi: “Yoxsulluğun aradan qaldırılmasına böyük üstünlük verilməlidir”
Tarix: 17.10.2013 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Bu gün dünyada Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü qeyd olunur. BMT-nin baş katibi Pan Gi Munun dünya ictimaiyyətinə müraciətində deyilir ki, builki Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü beynəlxalq ictimaiyyətin iki qarşılıqlı əlaqədə olan məsələnin həllinə yönəlmiş səylərin əsnasında qeyd edilir: “Bu məsələlər Minilliyin Bəyannaməsində formalaşdırılmış inkişaf sahəsindəki məqsədlərə nail olması yolunda fəaliyyətin canlandırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olduqdan sonra növbəti məqsədlərimizin müəyyən edilməsi yolunda səylərimizin müəyyənləşdirilməsidir. 2015-ci ildən sonrakı bu inkişaf çərçivəsində yoxsulluğun aradan qaldırılmasına böyük üstünlük verilməli və dayanıqlı inkişaf onun əsasında olmalıdır. Hər bir halda yoxsulluğun aradan qaldırılması probleminin həmişəlik həll yolu dünyanı dayanıqlı inkişaf yoluna yönləndilməsidir”.
Onun sözlərinə qarşıda görüləsi işləri çoxdur: “Yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə az olmasına baxmayaraq, bu sahədə irəliləyiş qeyri-bərabər olub. Yoxsulluğun yarıya qədər azaldılmasında etdiyimiz bu böyük nailiyyət bizi dünyada 1.2 milyarddan çox insanın hələ də ifrat yoxsulluqda yaşamasına biganə qoymamalıdır. Çox insanlar, xüsusilə qız uşaqları və qadınlar, müvafiq səhiyyə qayğısı və sanitariya, keyfiyyətli təhsil və əlverişli ev şəraiti imkanlarından hələ də məhrumdur”.
Baş katibin fikrincə, çox gənc insanlar bazar tələbatına cavab verən iş və bacarıqlara malik deyillər: “Bir çox zəngin və yoxsul ölkələrdə artan bərabərsizlik iqtisadi, sosial və siyasi sahələrdən təcridə gətirib çıxarıb və iqlim dəyişikliyi və biomüxtəlifliyin pozulması daha çox ən yoxsul təbəqəyə zərbə vurması hamıya bəllidir. Bütün bunlar güclü və cavabdeh idarəçiliyin mövcudluğunu labüd edir. Biz xüsusilə yerli əhali, qoca və əlilliyi olan şəxslər, işsiz, miqrantlar və azlıqlar olmaqla yoxsul əhalini dinləməli və onların maraqlarını nəzərə almaqla fəaliyyət göstərməliyik. Biz onların yoxsulluqdan qurtulmaq və özləri, eləcə də, ailələri üçün daha yaxşı həyat qurmaq uğrunda mübarizəsini dəstəkləməliyik. Əgər hamı üçün bizim istədiyimiz gələcəyi gerçəkləşdirirksə, təcrid olunmuş əhalinin istəklərini duymalı və müvafiq ölçü götürməliyik. Ötən il, Birləşmiş Millətlər Təşkilatı insanların istədiyi dünya üzrə məhz bənzərsiz qlobal məsləhətləşmələrin təşkil edilməsi ilə məşğul olub. Hər yerdə yoxsulluğa son qoymaq istiqamətində kursu müəyyən etdiyimiz üçün bu dialoq davam etdirilməli və yoxsul əhalinin aktiv və səbəbli inklyüzivliyi ilə nəticələnməlidir”.
Pan Gi Mun hesab edir ki, birlikdə biz hər kəsin şərəfli həyat quracağı dayanıqlı tərəqqi, sülh, ədalət və bərabərlik dünyasını yaratmaq mümkündür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir
16.10.2019
Prezident: Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info