Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
Tarix: 29.05.2020 | Saat: 14:35:00 | E-mail | Çapa göndər



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir. Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.
Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb. 2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 min 100-ə çatacaq.
Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
Qazaxda restoranda nişan edənlər saxlanıldı, 15 nəfər cərimələndi
03.07.2020
“ASAN xidmət” mərkəzləri bu günlərdə işləməyəcək
03.07.2020
Hikmət Şikarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
02.07.2020
Azərbaycan polisi – xalqa və dövlətçiliyə sarsılmaz sədaqət nümunəsi
02.07.2020
Pandemiya dövründə infrared termometrlərin əhəmiyyəti

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info