Mən səmərəli siyasətin davamına səs verdim!
Tarix: 17.10.2013 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


|

İİN Bakı Biznes Tədris Mərkəzinin baş mütəxəssisi, YAP Nəsimi rayon Təşkilatının üzvü

Mənim Prezidentim! Mən sənə səs verdim, ona görə ki... Biz az əvvələ qayıdıram. Bəli, seçkilərdən əvvələ. Hər kəsin bir - birinə ən çox ünvanladığı sual: "Sən kimə səs verəcəksən?" Mən bu sualı seçkilərdən əvvəl də açıq və birmənalı şəkildə cavablandırmışam. Prezident seçkiləri günü də ən layiqli namizədə - hazırkı ölkə başçımız İlham Əliyevə səs vermişəm. Bəs niyə?!
Bunun əlbəttə ki, bir neçə tutarlı səbəbi var.
Ən başlıcası: Bu gün Azərbaycanda hansı sahəyə nəzər salsaq, ötən illə müqayisədə müsbət yönümlü dəyişiklik müşahidə etmiş olarıq. Bu, fəaliyyət deməkdir və əgər fəaliyyət varsa, nəticəsi inkişaf deməkdir. Bir çox ölkələrin 40-50 il ərzində keçdikləri yolu Azərbaycan son on ildə qət edə bilib. Bu uğur isə məhz ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Aparılmış islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılmış, azad rəqabət mühiti təmin edilmiş, bazar institutları formalaşmış, xarici iqtisadi fəaliyyət liberallaşdırılmış, ölkə iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilmişdir. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasət nəticəsində nail olunub. Cəmi 20 il ərzində Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş verib, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq, yeni inkişaf mərhələsinə qədəm qoyub. Səbəblərdən biri: “Dooing Business 2012” hesabatında Azərbaycan işgüzar mühitin əlverişliliyi səviyyəsinə görə tədqiqatın aparıldığı 185 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Ölkəmizdə əlverişli rəqabət mühitinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar da bəhrəsini verir. Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə dair tədqiqatın aparıldığı 144 ölkə arasında 46-cı yerdə qərarlaşıb və ardıcıl olaraq 4-cü ildir ki, MDB məkanında 1-ci olub. Azərbaycan Cənubi Qafqazda investisiya reytinqi alan ilk və yeganə ölkədir. Regionda inkişaf parametrlərinə görə lider ölkəyə çevrilmiş Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və qeyri-neft sektorunun davamlı inkişafına nail olunub.
Başqa səbəb: Bu gün Azərbaycan idmanı inkişaf edir, beynəlxalq arenalarda yeni-yeni uğurlara imza atır. Bu gün Azərbaycanda idman federasiyalarının əksəriyyəti Milli Olimpiya Komitəsinin üzvləridir və Azərbaycan dövləti mühüm beynəlxalq turnirlərdə və olimpiya oyunlarında uğurla çıxış etmiş idmançılara və federasiyalara iqtisadi cəhətdən dəstək verir, təşkilati məsələlərin həllinin bir hissəsini öz üzərinə götürür. Bu zaman yüksək nəticələrə ümid bəslədiyimiz idman növlərinə üstünlük verilir. Ölkəmizdə canlı yayım formatında bir çox beynəlxalq turnirlər translyasiya edilir ki, bu da yeniyetmə və gənclər arasında bu idman növlərinə marağı və diqqəti daha da artırır.
Digər səbəb: Azərbaycan xarici siyasətini müstəqil olaraq yürüdür. Mənimçün sevindirici haldır ki, ölkəmin prezidenti Qarabağ məsələsini daim diqqət mərkəzində saxlayır və hər fürsətdə işğalçıların məkrli siyasətini bütün dünyaya layiqincə bəyan edir.
Daha bir əsaslı səbəb: Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə böyüyür. Təqribən 10-15 ildən sonra bu sahədən əldə ediləcək gəlirlər neft sektorundan daxil olacaq gəlirlərə bərabər olacaq. Bu gün Azərbaycanda mobil rabitə və internet xidməti inkişaf edir, internet istifadəçilərinin sayı sürətlə artır. 2012-ci ildə bu rəqəm təxminən 70 faizə yaxınlaşmışdı.
Mənim Prezidentim, bütün bunları və bu kimi bir neçə amilləri nəzərə alaraq, mən sənə səs verdim! Mən Azərbaycanımı ağ günlərə qərq edən səmərəli siyasətin davamına səs verdim! Bu fikirləri tək mən deyil, prezident seçkilərində İlham Əliyevə səs vermiş milyonlarla seçici deyir. Çünki seçkilərdə ən böyük qələbə payı, məhz dünənini və gələcəyini İlham Əliyevə bağlayan seçicilərindir.

Goblin 1988




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info