Afulada Müstəqillik Günümüz əlamətdar şəkildə qeyd edilib
Tarix: 17.10.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Oktyabrda İsrailin müxtəlif şəhərlərində “Azərbaycan günləri” böyük uğurla keçirilib və təkcə SSRİ-MBD-dən çıxanların yox, İsrailin köklü sakinlərinin də böyük marağına səbəb olub. Ölkənin vacib şəhərlərindən biri - “İsrail vadisinin paytaxtı”olan Afulada da “Azərbaycan günləri” keçirilib. Bu barədə qəzetimizə Azİz-dən məlumat verilib. Yüzlərlə iştirakçı şəhərin Mədəniyyət sarayına toplaşaraq bayram tədbirinə qatılıblar. Belə ki, onlar 18 Oktyabr Azərbaycanın Müstəqillik Gününün 22-ci ilinin qeyd edilməsi ilə bağlı bayram tədbirində iştirak ediblər. Fəxri qonaqlar arasında xarici işlər və müdafiə üzrə parlament Komissiyasının sədri, “Bizim Evimiz – İsrail” Partiyasının lideri Aviqdor Libermanın və digər bir çox görkəmli israilli politoloqların gələcəyi gözlənilsə də, sonradan məlum olub ki, parlamentin deputatları tədbirə üzrlü səbəbdən qatıla bilməzlər, çünki Afulada konsert Knessetin qış sessiyasının açılışı ilə eyni vaxta düşüb.
Buna baxmayaraq, Aviqdor Liberman iştirakçılara videomüraciət etməyə imkan tapıb. O, Azərbaycanın dünya siyasətində artan rolundan və İsrail-Azərbaycan münasibətlərinin inkişafının olduqca vacib olmasından danışıb.
Mədəniyyət sarayının foyesində Azərbaycandan çıxmış rəssamların rəsm əsərlərindən ibarət sərgi də olub. Bu əsərlər Azərbaycanın gözəl təbiətinə və şəhər peyzajlarına həsr edilib. Həmçinin orada ənənəvi Şərq şirniyyatının dequstasiyası da təşkil olunub. Bayram konsertinin təşkilatçısı olan Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası proqramı elə tərtib edib ki, artistlərin çıxışı Azərbaycanın bugünklü günü və tarixi ilə bağlı çıxışlarla, həmçinin Aviqdor Libermanın videomüraciəti, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salmanın bütün Azərbaycandan çıxan insanların adından Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrikinə həsr edilmiş çıxışı ilə növbələnsin. Tədbirdə Azİz-in baş direktoru Lev Spivak və digərləri də çıxış edib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info