Aleksey Meşkov: “Azərbaycandakı seçkilərdə yüzlərlə insan, Almaniyada isə cəmi 2 ekspert müşahidə aparıb”
Tarix: 17.10.2013 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“ATƏT ölkələrində seçkilərin müşahidəsi sahəsində qayda-qanun yaratmaq zəruridir. Bu proses bütün ölkələrdə vahid qayda üzrə bərabər səviyyədə həyata keçirilməlidir”.
APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib.
A. Meşkov xatırladıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun əsas vəzifələrindən biri üzv dövlətlərdə keçirilən ümummilli seçkilərin monitorinqinin aparılmasıdır: “Bizim müşahidəçiliklə bağlı mövqeyimiz sadə və məntiqlidir. Biz hesab edirik ki, əvvəla, bütün ATƏT ölkələrində keçirilən seçkilərdə müşahidə aparmaq lazımdır, ikincisi, bu müşahidəçilik hər yerdə eyni səviyyədə həyata keçirilməlidir, üçüncüsü, müşahidəçilik iştirakçı dövlətlərin razılığı ilə vahid, razılaşdırılmış qaydalar əsasında olmalıdır. Amma hazırda heç də belə deyil.
Monitorinq daha çox Vyanadan Şərqə doğru aparılır. Məsələn, Azərbaycan və Tacikistanın timsalında söhbət bir neçə yüz adamdan ibarət tam formatlı müşahidə missiyalarından gedir. Müqayisə üçün deyim ki, sentyabrın 22-də Almaniyada keçirilən parlament seçkilərini Büronun tövsiyəsi ilə cəmi 2 ekspert müşahidə edib. Bir sözlə, bu sahədə qayda-qanun yaratmağın vaxtı çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin ATƏT-in cavabdeh olduğu regionda keçirilən seçkilərin müşahidəsi ilə bağlı təklifi 2007-ci ildən bəri masadadır”.
A. Meşkov əlavə edib ki, bu il Rusiya və Belarusun təşəbbüsü və ATƏT-ə sədrlik edən Ukraynanın dəstəyi ilə iştirakçı dövlətlərin seçki qanunvericiliyi və praktikasının müqayisəli analizinin aparılmasına dair büdcədən kənar layihənin həyata keçirilməsinə başlanıb. O, cari ilin sonuna qədər Vyanada keçiriləcək ekspertlər konfransında bu barədə müzakirə aparılacağına ümid etdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info