Elmira Axundova etimadnaməsini Vladimir Zelenskiyə təqdim edib
Tarix: 29.05.2020 | Saat: 18:40:00 | E-mail | Çapa göndər



Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Elmira Axundova etimadnaməsini Prezident Vladimir Zelenskiyə təqdim edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski səfirlə söhbət edib.
Səfir Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Ukraynanın dövlət başçısına çatdırıb. O, Ukraynadakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Ukrayna şirkətlərinin Azərbaycana investisiya yatırımlarının artırılmasının vacibliyinə toxunan səfir bildirib ki, ölkəmizdə xarici sərmayəçilər üçün münbit şərait mövcuddur.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün xüsusi nəzarət mexanizminin işlənib hazırlanması olduqca vacibdir. Eyni zamanda, ukraynalı tələbələrin Azərbaycanın tanınmış ali məktəblərində təhsil alması üçün birgə səylər artırılmalıdır.

Sonra səfir müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabının rus dilinə tərcümə olunmuş variantını Ukrayna Prezidentinə hədiyyə edib. Bildirib ki, kitabda Azərbaycan xalqının Ümummilli Liderinin daha dolğun və obyektiv bioqrafiyası yer alıb və bir neçə dildə çap olunub.

2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan Ukrayna Prezidenti Vladimir Zelenski ilk öncə Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını vurğulayan Vladimir Zelenski ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldığını deyib və əlaqələrin daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan və Ukraynanın beynəlxalq arenada əməkdaşlığını yüksək qiymətləndirib və GUAM çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlət başçısı hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin önəmli olduğunu söyləyib.

Görüşdən sonra səfir Elmira Axundova ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər çiçəklər düzüb. Daha sonra İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edərək ehtiramını bildirib.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir
03.07.2020
“İctimai qınaq mexanizmi bir sıra ölkələrdə effektiv mübarizə üsulu kimi özünü göstərməkdədir”
03.07.2020
Ukrayna XİN başçısının müavini Əminə Caparova Azərbaycana təşəkkür edib
02.07.2020
Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info