Maska və sosial məsafəyə dair tələblərin nə vaxtdan tətbiq ediləcəyinə aydınlıq gətirilib
Tarix: 29.05.2020 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabinetinin bu gün imzalanan qərarı ilə təsdiqlənən " Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin nə zamandan tətbiq olunacağına aydınlıq gətirib.

İbrahim Məmmədov APA-ya açıqlamasında bildirib ki, indiyə qədər də tibbi maskadan istifadə və sosial məsafənin qorunması məsələsinə nəzarət edilib.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri deyib ki, Milli Məclis maska və sosial məsafə ilə bağlı tələblərin pozulması ilə əlaqədar cərimələri nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qəbul etdikdən və qanun qüvvəyə mindikdən sonra bu məsələyə nəzarət daha da gucləndiriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti bu gün “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Bu qərardakı tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün təşkil edilən mətbuat konfransında tələblərin pozulmasına görə cərimələri nəzərdə tutan qanun layihəsinin parlamentə təqdim olunduğu açıqlanıb.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
03.07.2020
İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir?
03.07.2020
Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var?
03.07.2020
“Azərbaycan yeni təşəbbüslərlə dünya ictimaiyyətini bir araya gətirir“
03.07.2020
DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyata başladı

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info