FAO Azərbaycanda pandemiyanın nəticələrinin aradan qaldırmaq üçün layihələr həyata keçirməyi planlaşdırır
Tarix: 30.05.2020 | Saat: 12:20:00 | E-mail | Çapa göndər


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirməyi planlaşdırır.

Bunu Trend-ə FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.
O deyib ki, bu istiqamətdə Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində iş aparılır:
Melek Çakmak qeyd edib ki, bu ilin may ayında FAO Azərbaycanın Ağdaş və Qax rayonlarından olan 7 arıçıya fermada istifadə üçün müxtəlif vasitələr verib.

Çakmak hazırda Azərbaycanda istehsal olunan ərzaq məhsullarının kifayət qədər qənaətbəxş olduğunu vurğulayıb, həmçinin daxili bazarda tələbatın fasiləsiz ödənilməsini təmin etmək üçün tədarük zəncirini və beynəlxalq ticarət səviyyəsini qorumaq lazım gəldiyini əlavə edib.

Onun sözlərinə görə, FAO-nun əsas məqsədi pandemiyadan sonra kənd təsərrüfatı zəncirindəki boşluqları doldurmaq, ərzaq istehsalının dayanıqlılığını təmin etmək və təbii ehtiyatların daha səmərəli idarə olunması üçün mümkün qədər çox ölkəyə dəstək verməkdir.

Çakmak FAO-nun ölkədəki nümayəndəliyinin hazırda üç əsas proqramda müxtəlif layihələr həyata keçirdiyini qeyd edib.

Qeyd edək ki, FAO ilə Azərbaycan arasında 2016-cı ildə əməkdaşlıq proqramı imzalanıb və proqram 2016-2020-ci illəri əhatə edir.

Azərbaycan 1995-ci ilin 20 oktyabr tarixində FAO-ya üzv seçilib. 2007-ci ilin avqust ayında FAO-nun Orta Asiya üzrə Subregional Ofisinə daxil olan ölkələri arasında ilkin olaraq, Azərbaycanda Nümayəndəlik Ofisi (Representative Office) açılıb.




 
Bölməyə aid digər xəbərlər
13.07.2020
Prezident İlham Əliyev: Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, biz adekvat cavab verəcəyik və veririk
13.07.2020
Prezident İlham Əliyev: Hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir
13.07.2020
Azərbaycan Prezidenti: Təcavüzkar siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir
13.07.2020
Prezident İlham Əliyev: Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib
13.07.2020
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info