Azərbaycanın vəsait hesabına Çində inşa edilmiş məktəbə xatirə lövhəsi vurulub
Tarix: 17.10.2013 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycan tərəfindən ayrılmış vəsait hesabına Çinin Sıçuan əyalətində zəlzələdən sonra inşa edilmiş məktəb binasına xatirə lövhəsi vurulub.
Məlum olduğu kimi, 2008-ci ilin mayında Çinin Sıçuan əyalətində Rixter cədvəli ilə 8 bal gücündə baş vermiş zəlzələ böyük dağıntılara səbəb olub, o cümlədən bir çox məktəb binası və digər sosial obyektlər dağılıb. Hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sıçuan əyalətində dağılmış məktəb binasının inşası üçün 1 milyon ABŞ dolları vəsait ayrılıb. Bu vəsait hesabına 2008-ci ilin dekabrında yüksək dağlıq ərazi olan Vençuan bölgəsinin Xouba yaşayış məntəqəsində hər cür şəraiti olan müasir məktəb kompleksinin inşasına başlanılıb, 2009-cu ilin avqustunda kompleksin əsas hissəsi hazır olmuş, 2012-cin fevralında isə layihə üzrə bütün işlər başa çatdırılıb.
Azərbaycanın Çindəki səfirliyinin yerli hakimiyyət orqanları ilə apardığı məsləhətləşmələrdən sonra məktəb binasına xatirə lövhəsi vurulub. Lövhədə qeyd olunur ki, zəlzələdən sonra ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək insanlıq keyfiyyətlərini nümayiş etdirərək, fəlakət qurbanlarına humanitar yardım göstərmiş, məktəbin əvvəlki yerində yenidən tikilməsində böyük rol oynayıb.
Yaxın vaxtlarda Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri Sıçuan əyalətinə səfər edərək, məktəblilərə hədiyyələr, o cümlədən Azərbaycan haqqında əyani vəsaitlər təqdim edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info