Dünyada noutbuk bazarında növbəti azalma gözlənilir
Tarix: 17.10.2013 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


2013-cü ilin sonuncu rübündə “Hewlett-Packard” (HP) şirkəti dünyanın nəhəng noutbuk istehsalçısı adını yenidən yaxın rəqibi “Lenovo”ya verəcək. Bu barədə “Digitimes Research” analitik şirkətinin ekspertləri proqnoz verərək üçüncü rübdə “HP”-nin seqmentdə liderliyi özünə qaytarmasını bildiriblər.
Mütəxəssislər güman edirlər ki, “Lenovo” şirkəti hazırkı rübdə “HP” tərəfindən portativ kompüterlərin tədarükünün iyul-sentyabr aylarındakı kimi sürətlə artmaması səbəbindən irəliyə keçə bilər. Göstərilən müddət ərzində ABŞ istehsalçısının tədarükü 30 faiz artıb.
Dördüncü rübdə “Samsung”, “ASUS” və “Acer” şirkətlərinin gələcək göstəricilərinin azalması gözlənilsə də, bu, bir qədər az olacaq, - “Digitimes Research” nümayəndələri qeyd edib.
“Apple” noutbukları haqqında söhbət açan analitiklər əlavə ediblər ki, hazırkı rübdə şirkət diqqətini “MacBook Pro” modellərinin irəliləməsinə yönəldəcək və noyabrdan etibarən əvvəlki nəsil qurğuların istehsalını dayandıracaq. “Apple”ın hər rübdə ən azı 3 milyon noutbuk tədarük edəcəyi gözlənilir.
“Digitimes Research” nümayəndələrinin proqnozunda o da qeyd olunur ki, dördüncü rübdə dünya portativ fərdi kompüterlərinin tədarük həcmi əvvəlki rübün göstəricisindən 3,2 faiz aşağı olacaq, illik hesablamada 13,4 faiz azalacaq. Bununla yanaşı, vurğulanır ki, noutbukların dünya tədarük həcmində payı 80 faizdən çox olan Tayvanın müqavilə əsasında işləyən istehsalçıları 35 milyon bu qurğudan istehsal edəcək, - “DailyComm www.dailycomm.ru” yazır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info