Ərəblər ABŞ-dan 11 milyard dollarlıq silah alır
Tarix: 17.10.2013 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi və Birləşmiş Ərəb Əmirlikləri ABŞ dövlətinə 10,8 milyard dollar dəyərində olan hərbi təyyarələrin sifarişini verib. Pentaqonun Hərbi əməkdaşlığın idarəolunması (DSCA) üzrə mütəxəssisləri ABŞ Konqresinə sövdələşmə haqqında məlimat veriblər. “Lenta.ru” xəbər verir ki, hərbi sürsatın çatdırılması barədə müqavilə Konqresin razılığından sonra imzalana bilər. Səudiyyə Ərəbistanının istəyinə görə ölkəyə qiyməti 6,8 milyard dollar olan “AGM-84H SLAM-ER” seriyasından 650 qanadlı raket, planlaşdırma və korrektəetmə xarakterli 973 ədəd “AGM-154C JSOW” bombası, 400 ədəd gəmiəleyhinə “AGM-84L Harpoon Block II” qanadlı raketi, min ədəd “GBU-39/B SDB” bombası, 40 ədəd təlim üçün “CATM-84H” raketi və 20 təlim üçün telemetrik cihazı olan“ATM-84H” raketi lazımdır. DSCA-nın siyahısında lazım olan sürsatın tam siyahısı verilib. Bütün sifariş verilmiş sürsatı Səudiyyə Ərəbistanı “F-15SA Strike Eagle” qırıcı təyyarəsinə tətbiq etmək üçün nəzərdə tutub. ABŞ Konqresinin razılaşacağı halda sifarişin yerinə yetirilməsini “Boeing и Raytheon” şirkəti reallaşdıracaq. Öz növbəsində BƏƏ də “ F-16 Fighting Falcon” üçün ümumi dəyəri dörd milyard dollar olan hərbi hava sursatı sifariş verib. Bundan əlavə sifarişə üzərində “ BRU-61” asma yazısı olan beş min “ GBU-39” bombası, 1200 “AGM-154C” bombası, 300 “ AGM-84H” raketi, o cümlədən təlimlər üçün telemetrik xassəli hərbi sursat daxildir. Bu sifarişin yerinə yetirilməsini də “ Boeing и Raytheon” şirkəti reallaşdıracaq. DSCA-nın dəyərləndirməsinə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bu silahları alması bölgədəki hərbi balansı pozmayacaq.

Elnarə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info