Millimiz FİFA reytinqində 19 pillə irəlilədi
Tarix: 17.10.2013 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Siyahıda 88-ci olan Azərbaycan yığması ötən ayla müqayisədə 19 pillə irəliləyib. Sentyabrın 12-də açıqlanan sonuncu siyahıda 315 xalı olan komandamız hesabını 407 xala çatdırıb.
Bu 92 xallıq inkişaf da cədvəldə irəliləyişə səbəb olub. UEFA reytinqində 39-cu olan yığmamızın irəliləməsinə DÇ-2014-ün seçmə mərhələsinin son 2 oyun səbəb olub. Sentyabrın 11-də Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edən futbolçularımız 4 gün sonra Rusiya ilə heç-heçə ediblər - 1:1. Seçmə mərhələdə millimizin rəqibi olan komandaların da mövqeyi dəyişib. 1036 xalı olan Portuqaliya 3 pillə geriləyərək, 14-cü yerə düşüb. Rusiya da 4 pillə geriləyərək, 19-cu yerə enib. Belə ki, onların 874 xalı var.
515 xalı olan İsrail 3 pillə irəliləməklə 66-cı yerə enib. Şimali İrlandiya yığması 399 xalla 4 pillə geriləyərək, 90-cı yerə düşüb. 247 xallı Lüksemburq isə 14 addım geri atmaqla 127-ci olub.
670 xalı olan Türkiyə 9 pillə irəliləməklə ilk 40-cı yerə yüksəlib. Millimizin gələn ay yoxlama oyunu keçirəcəyi Estoniya 351 xalla 99-cu, Qırğızıstan 161 xalla 150-cidir.
Reytinqdə ilk pillə dəyişməz qalıb. Belə ki, İspaniya 1513 xalla 1-ci yeri qoruyub. 1311 xala malik Almaniya isə 1 addım irəliləyərək 2-ci olub. Xalı 1266 olan Argentina isə 3-cü yerə enib.
Qeyd edək ki, növbəti siyahı oktyabrın 28-də açıqlanacaq. Qeyd edək ki, Azərbaycan millisi FİFA-nın reytinq siyahısında ən böyük inkişafa nail olan yığmalardandır. 107-ci pillədən 88-ci yerə qədər irəliləyən Berti Foqtsun yetirmələri Avropada ən çox tərəqqi edən 3 komandadan biridir. Təkcə dünya deyil, Avropada ən çox irəliləyişə 96-cı yerə yüksələn Moldova millisi nail olub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan cüdoçuları dünya çempionatının ilk günündə iki medal qazanıblar
16.10.2019
Barselonadakı “El Klassiko“nun yeri dəyişdirilə bilər
16.10.2019
Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb
16.10.2019
Messi 6-cı dəfə “Qızıl buts“u qazandı
16.10.2019
“Manchester United“ yeni baş məşqçisini seçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info