Xaricdə oxuyan tələbələr Azərbaycanın gənc səfirləridir
Tarix: 17.10.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Hazırda təhsil sahəsində aparılan islahatların yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracağını deyən ölkə başçısı bildirib ki, bu günə qədər müəyyən işlər görülüb: “Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı var”. Ölkə başçısı bildirib ki, təhsilin keyfiyyəti hüdudları olmayan bir prosesdir:

“Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər bu məsələyə daim diqqət yetirməliyik. Çünki artıq dəfələrlə bu ifadə işlədilib ki, təhsil hər bir ölkənin gələcəyini təmin edir”. Bu bir faktdır ki, ölkədə təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Məhz bunun nəticəsidir ki, bu gün azərbaycanlı gənclər xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Hətta ölkədə bu istiqamətdə qəbul edilən Dövlət Proqramı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, həmin ölkələrdə diaspor nümayəndəsi kimi də ölkəmizi təmsil edirlər. Müsahibimiz həmin gənclərdən biri Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Rəşad Bədirlidir:
- Yeni tədris ili Doğu Akdeniz Universitetində sentyabr ayının 30-da başladı. Builki tədris ilinin çox uğurlu olacağını düşünürük. İlk olaraq qeyd edim ki, Doğu Akdeniz Universitetində Azərbaycan Tələbə Cəmiyyəti fəaliyyət göstərir. Biz Azərbaycan Tələbə Cəmiyyəti olaraq builki tədris ilinin uğurlu başlanğıcı üçün fəal addimlar atdıq və atırıq. Məsələn, universitetimizin tələbələrə açılış üçün keçirdiyi “Xoş gəldin” gecəsində Azərbaycan Tələbə Cəmiyyəti olaraq öz milli, Azərbaycan rəqsimizi nümayiş etdirdik. Beləliklə, universitetin açılışı bu rəqslə başladı. Bu rəqs dünyanın 70 ölkəsindən gələn tələbələrin yaddaşlarından silinməyəcək bir iz buraxdı. Yeni gələn uşaqlar ilk öncə universitet tərəfindən bütün şəhərlərin, tarixi yerlərin gəzintisinə çıxdılar. Ölkənin mədəniyyəti ilə tanış oldular. Bu onlara ilk öncə çox gözəl təsir bağışladı. Universitetin işçi və müəllim heyyəti onları sevinclə, gülər üzlə qarşılaması tələbələri daha da qürurlandırdı.
- Bakıdan hansı təəssüratla dönmüsən? Yeni tədris ilində hansı tədbirləri, bayramları və gecələri keçirməyi planlaşdırırsınız?
- Bakıdan çox gözəl təəssüratlarla döndüm. Paytaxtımız günü-gündən o qədər gözəlləşir k,i ona aşiq olmamaq mümkün deyil. Bakıdan ayrılmaq mənə çox çətin oldu. Amma universitet həyatı tam başqadır. Xaricdə oxuyan tələbələr Azərbaycanın səfirləridirlər. Mən həqiqətən çox darıxmışdım.
Yeni tədris ili üçün tədbirlərimiz çoxdur. İlk öncə 18 Oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı gözəl bir gecə keçirəcəyik. Hər il olduğu kimi Kiprdə Azərbaycanın bayramlarını, agrılı acılı günlərini vaxtında qeyd edirik. Hətta şəhərlərdə yürüşlər belə təşkil edirik. Bu yürüşlərə azərbaycanlılarla yanaşı, Türkiyə və Kipr türkləri də qatılır.
- Oradakı gənclərə Azərbaycanla bağlı hansı məlumatları verirsiniz? Bu il onları Bakıya dəvət edəcəksinizmi?
- Buradakı gənclərə Azərbaycanın bö yük tarixi, mədəniyyəti ilə bağlı məlumat veririk, qonaqpərvər bir millət olduğunuzu çatdırırıq. Qazandığımız uğurlarımız və ağrılı yerimiz olan Qarabağımız və ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə məlumat veririk. Bundan başqa hər il olduğu kimi bu il də gəncləri Azərbaycana dəvət edirik ki, gəlib ölkəmizin necə gözəl olduğunu və necə bir qonaqpərvər millət olduğumuzu görsünlər.
- Keçirdiyiniz tədbirlər diasporumuzun fəaliyyətində hansı rolu oynaya bilər?
- Azərbaycan Tələbə Cəmiyyəti olaraq keçirdiyimiz tədbirlər və bayramlar diasporumuzun fəaliyyətində çox önəmli addımlardan biridir. Çünki əsas olan odur ki, biz gənc səfirlərin vəzifəsi Azərbaycanı dünyaya tanıtmaqdır. Biz bu yolla, bu iradə ilə yolumuza davam edirik. Bu, diaspor fəaliyyətində önəmli məqamlardan biridir.
- Artıq bir neçə ildir ki, xaricdə təhsil alırsınız. Xaricdə təhsilin önəmli cəhətləri nələrdir ?
- Mən deyərdim ki, xaricdə təhsil almaq çox önəmli bir uğurdur. Təbii ki, əyani şəkildə təhsil almaq. Həm də onəmli bir vəzifə və məsuliyyətdir. Kiprə gəlməmişdən son 3 gün qabaq mən ASAİF-in XI-ci yay forumunda iştirak edirdim. Forumda təhsil nazirimiz Mikayıl Cabbarovun dediyi kimi dövlət hesabına və öz hesabına təhsil almağın heç bir fərqi yoxdur. Əsas olan odur ki, bayrağımızı layiqincə yüksəklərdə tutmaları və aldıqları təhsili öz ölkəmizdə tətbiq etməkləridir. Mən artiq üç ildir ki, Şimali Kiprdə təhsil alıram. Burada hara getsəm Azərbaycan bayrağını, hansı rəsmi yerlərə getsəm Azərbaycan suvenirlərini gördükdə insan çox sevinir, insana çox xoş gəlir. Hansı küçədən keçirsən, ən azından bir eyvanda Azərbaycan bayrağının asılı olduğunu görürük. Bu, çox qürurvericidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info