Qum heykəltəraşlığı üzrə açıq festival
Tarix: 17.10.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ölkəmizdə ikinci dəfə qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival başlayır.
Layihənin rəhbəri, Gənclər Fondunun 3-cü qrant müsabiqəsinin qalibi İsmayıl İsmayılov bildirib ki, festivalın məqsədi ölkəmizdə bu sahə üzrə təhsil alan xarici tələbələrin və Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına yardım etmək, digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən peşəkar heykəltəraş və rəssamlarla əlaqələrin yaradılması və möhkəmləndirilməsidir.
İkinci dəfə keçirilən festivala Rusiyadan, İrandan və Türkiyədən olan və Azərbaycanda təhsil alan gənclər də cəlb ediliblər.
Layihə oktyabrın 19-dək Şıx çimərliyindəki “Dostluq” istirahət mərkəzində həyata keçiriləcək. Festivalda 3 gün ərzində qumdan heykəllər hazırlanacaq, həmçinin festivalın ikincin hissəsi kimi graffiti üzrə müsabiqəyə başlanılacaq. Heykəltəraşlar və qraffitistlər 3 gün müddətində müəyyən edilmiş ərazidə müəyyən vaxt çərçivəsində işləyəcəklər. Sonuncu gün isə hər iki nominasiya üzrə festival qalibləri müəyyən olunacaq.
Festival sona çatdıqdan sonra iştirakçılara sertifikatlar, qaliblərə mükafatlar təqdim olunacaq, nəticə olaraq buklet və qısametrajlı film hazırlanacaq.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info