ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
Tarix: 01.06.2020 | Saat: 08:47:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

P.Rikets Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə bolşeviklər tərəfindən işğal edildiyini, 1991-ci ildə isə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulayır. Bildirir ki, Azərbaycan son 29 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə, bu il Azərbaycan Demokratik Respublikasının 102-ci illiyinin qeyd olunması ilə əlaqədar olaraq 28 may tarixində ABŞ-da və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilir.
Qubernator imzaladığı bəyannamədə 2020-ci il 28 may tarixini Nebraska ştatında Azərbaycan Milli Günü elan edir.
Qubernator P.Rikers bəyanatı Azərbaycan tərəfinə təqdim edilməsi üçün Nebraskanın dövlət katibi Robert Evnenə təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
08.07.2020
Milli Şuranın “zoom-konfransın”dan növbəti görüntü yayılıb - VİDEO
07.07.2020
Dövlət əlindən gələni edir ki, bu vəziyyətdən az itkilərlə çıxa bilək
07.07.2020
Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib
05.07.2020
Prezidentin tarixi təşəbbüsü beynəlxalq miqyasda yüksək qiymətləndirildi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
2 Asan plov -VİDEO
3 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
4 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
5 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info