Səbail rayonunda 9 ay ərzində 1585 daimi yeni iş yeri açılıb
Tarix: 17.10.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
İclasın əvvəlində rayon ictimaiyyəti ölkə başçısı İlham Əliyevi oktyabr ayının 9-da keçirilən prezident seçkilərində qazandığı inamlı qələbə münasibəti ilə təbrik edib, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıblar.
İclasda giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, ölkədə 9 ay ərzində iqtisadiyyat 5 %, qeyri-neft sektoru 10,4 %, kənd təsərrüfatı 5 % artıb, inflyasiya cəmi 2,3 % olub, əhalinin pul gəlirləri təxminən 7,6 % artıb. Ölkənin strateji valyuta ehtiyatları 49,4 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirib ki, 2013-cü ilin doqquz ayı ərzində Səbail rayonunun sənaye müəssisələri tərəfindən 17.566,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 % çox sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 408,9 milyon manatlıq və ya keçən illə müqayisədə 1,6 % çox, rabitə müəssisələri tərəfindən 471,2 milyon manatlıq və ya keçən ilin müavfiq dövrünə nisbətən 2,1 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.263,4 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,4 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.104,1 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 4,2 dəfə artıb. İlin əvvəlindən pərakəndə ticarət şəbəkəsindən əhaliyə 183,3 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 2,8 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən 219,3 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 % çoxdur. Həmin dövr ərzində əhaliyə 61,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 % çox iaşə xidmətləri göstərilib.
2013-cü ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113398 nəfər, orta aylıq əmək haqqının məbləği isə 999,1 manat olub ki, bu da keçən illə müqayisədə 5,7 % çoxdur.
2013-cü ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1585 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə, yalnız 2009-cu ilin yanvarından 2013-cü ilin oktyabr ayının 1-dək rayonda 10079 daimi iş yeri açılıb.
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 2013-cü ilin ilk 9 ayı ərzində Dövlət Musiqili Komediya Teatrının binasının, 3 saylı Vərəm Əleyhinə Dispanserinin, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbinin, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının, A.H.Kazımov adına 1 və Bayıldakı 33 saylı şəhər poliklinikalarının, 44 saylı uşaq bağçasının, Dağüstü parkın ərazisinin bir hissəsinin əsaslı təmir-yenidənqurması işləri başa çatdırılıb, «Azadlıq» Meydanında yeraltı qaraj istifadəyə verilib, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulub. Bibiheybət qəsəbəsində post məntəqəsi açılıb, qəsəbədə 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpusun tikintisi və bağçanın köhnə binası başa çatıb. Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır.
Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələrinin işçiləri üçün yeni binanın inşası başa çatıb, iyulun 22-də ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsində 136 saylı uşaq bağçasında əsaslı təmir aparılıb, sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, «Qız qalası»nda bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılıb, yola yeni asfalt örtüyü çəkilib.
RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və «Şəhidlər xiyabanı» kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlər üçün tikili inşa olunub, qəsəbədə texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası tikilib, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunub.
Hazırda Badamdar şossesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail RİHBA-nın və Bakı şəhər Prokurorluğunun binalarının yenidənqurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2 ədəd, Neftçilər prospektində 2 ədəd, Bayıl dairəsindəki 3 ədəd yaşayış binasının, A.İsgəndərov küçəsi 1 və 3/5 ünvanlarında, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və fasadlarının təmir-yenidənqurulması işləri aparılır.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binanın dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik görülüb. Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.
2013-cü ilin ilk 9 ayı ərzində rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 422 ailə (1682 ailə üzvü) müraciət edib, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 119,0 manat sosial yardım təyin olunub.
Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsində qeydiyyatda olan 13090 nəfər təqaüdçüyə ilin ilk 9 ayı ərzində 26.014.775,44 manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib. Rayon Məşğulluq Mərkəzində ilin ilk 9 ayı ərzində 750 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub, «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci yarısı ərzində 16 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə «İngilis dili» üzrə peşə kursları və 16 nəfər iş axtaran vətəndaş üçün isə «Kompyuter istifadəçisi», 12 nəfər üçün isə «Toxucu» kursları açılıb, «Əmək yarmarkasında» 28 nəfər daimi işlə təmin olunub. Ümumilikdə 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 11 min olub. Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər təşkil olunub, görüşlər keçirilib.
İclasda Milli Məclisin deputatı Fuad Muradov, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov və başqaları çıxış ediblər.
Yığıncaqda Dünya və Avropa çempionatlarında qalib olan və mükafata layiq yerlər tutmuş «Attila» İdman Klubunun bir qrup idmançı və məşqiçilərinə mükafatlar təqdim olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info