Dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər
Tarix: 01.06.2020 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Uşaqlar dünyanın sevinci, ən dəyərli varlıqlarıdırlar. Dünyamızın gözəlləşməsi, insanların xoşbəxtlik və səadəti uşaqların hüquqlarının qorunması və sağlam şəkildə yetişdirilməsindən asılıdır. Bu baxımdan bu gün uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Unutmayaq ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin , biz böyüklərin öhdəliyindədir.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağı olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar.

“Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər ana, hər ata öz xoşbəxtliyini, birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən üstündür, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi və bu ailənin sevinci elə mənim sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətin həyatıdır”.
Bu fikirləri söyləyən Ulu öndərimiz Heydər Əliyevin bütün həyatı boyu uşaqlardan öz sevincini əsirgəmədi, onların gələcəyini təmin edən mühüm əhəmiyyətli fərman və sərəncamlara imza atdı, onların uğuruna sevindi, onlarla birgə keçirdiyi anları həyatının ən xoşbəxt məqamı olduğunu dilə gətirdi. Dahi şəxsiyyətin sabahımız olan uşaq lara göstərdiyi diqqət və qayğı bu gün onun layiqli davamçısı, dövlət basçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət səviyyəsində uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Azərbaycan uşaqların maraqlarının qorunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürüb. BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Uşaq hüquqlarının qorunmasında əsas məsuliyyət ailənin üzərinə düşür. Dili dualı Azərbaycan anaları övladlarının başına pərvanə kimi dolanıb, laylalarla, bayatılarla, oxşamalarla əzizləyiblər.Vətən, millət təəssüblü atalarımız övladlarını elə tərbiyə etməyə çalışıblar ki, birinci növbədə ana Vətən üçün gərəkli olsunlar, dar gündə doğma torpağın keşiyini çəkib onu yağı düşmənlərdən qorusunlar, Vətənin başından bir tük belə əskik olmasına imkan verməsinlər. Və min illər boyu bu adət-ənənə öyüd- nəsihətlər, nəsildən-nəsilə ötürülərək bu günümüzə qədər gəlib-çıxıb. Bu müqəddəs öyüd-nəsihətlərlə böyüyən fidanlar sonrdan beyrəklərə, qazanlara, babəklərə, koroğlulara, mehdilərə, əliflərə, fəridlərə, mübarizlərə… çevrib, öz hüquqlarını qoruyublar.

Fürsətdən istifadə edib, mən də 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə gül balalarımızı ürəkdən təbrik edirəm. Bilirik ki, dünyadakı bütün uşaqlar eyni hüquqlara, eyni valideyn nəvazişinə, yüksək səviyyəli təhsilə malik deyillər. Arzu edirəm, yer üzündə valideyn himayəsindən məhrum uşaqların, hər gün yaxınları tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalan azyaşlıların, müharibə şəraitindəki ölkələrdə ac və susuz şəraitdə yaşayan körpələrin problemləri birdəfəlik həll edilsin, dünyanın hər yerində uşaqlar xoşbəxt və bəxtəvər böyüsünlər.




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Naqif Həmzəyev seçiciləri ilə onlayn görüş keçirib
06.07.2020
Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
06.07.2020
Zərdabi irsinin təbliği məqsədilə online videokonfranslar uğurla davam etdirilir
06.07.2020
Səhiyyə Nazirliyi ölkədə COVİD-19-la mübarizə məqsədi ilə 39 ərazi tibb məntəqəsi yaradıb
06.07.2020
AQTA 68 müəssisədə kobud qayda pozuntusu aşkarladı

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info