“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
Tarix: 01.06.2020 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Fərqanə Mehmanqızı: “Əgər birinin aqressivliyə meylliliyi yoxdursa, heç bir məhdudiyyət, dar çərçivə, izolyasiya onu aqressivləşdirməyəcək”

Pandemiyanın bütün dünyada ağır fəsadlar törətdiyi bir zamanda yeni növ koronavirus(COVID-19) Azərbaycan üçün də həm iqtisadi, həm də sosial problemlər yaratmaqda davam edir. Yəni məsələnin ciddiliyini nəzərə alsaq hazırda cəmiyyətimiz hələ də ciddi sınaq qarşısındadır. Amma iqtisadi və sosial problemlərdən savayı infeksiyanın yaratdığı yeni durum insanların psixoloji halına da mənfi təsir edir. Bu mövzu ətrafında psixoloq Fərqanə Mehmanqızı ilə söhbət apardıq.
- Karantin müddəti uzadılsa da, bir sıra qayda və məhdudiyyətlər aradan qalxıb, sosial izolyasiya ilə bağlı şərtlərdə xeyli yumşalmalar var. İnsanların izolyasiyadan çıxması onların psixoloji durumuna hansısa formada təsir edirmi?
- Öncə onu deyim ki, pandemiyanın bizə nə verib və ya nələri alması, eləcə də karantinin insanlara nələri verib nələrdən məhrum etməsini araşdırsaq, ilk növbədə iqtisadi amillərlə yanaşı psixoloji amillərə də nəzər yetirməliyik. Bu mövzu ilə bağlı bir neçə həssas məqam var. Cəmiyyətdə formalaşan hər hansı bir insan aqressiyaya meyllidirsə, təbii ki, onun fəaliyyətini məhdudlaşdıranda cəmiyyətdən təcrid edəndə o dərhal aqressivləşəcək. Əgər birinin aqressivliyə meylliliyi yoxdursa, heç bir məhdudiyyət, dar çərçivə, izolyasiya onu aqressivləşdirməyəcək. O bir yol tapıb öz əvvəlki həyat ritmi ilə davam edəcək. 2 ay müddətində karantinin bəlli qaydalarına uyğun olaraq “evdə qal” sloqanı altında yaşamaq doğrudan da bəzi fəsadları və müsbət məqamları üzə çıxardı. Əslində başadüşülən idi, bütün dünyada pandemiya şərtlərinə uyğun olaraq bizim ölkədə də hamılıqla müvəqqəti təcrid olunmalı idik. Amma məcburi şəkildə evə qapanmaq, izolyasiya ən çox da insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı.
-Məsələn, hansı keyfiyyətlər, hansı zəifliklər üzə çıxdı?
-Biz zamanın qədrini bildik. İnsanlar anlamağa başladılar ki, əslində onlar üçün azadlıq böyük məhfum imiş. Yəni dərk etməyə başladıq ki, biz əslində əvvəlki dövrlərdə necə azad idik. Sən demə çox sərbəst və rahat yaşam tərzi keçiririkmişik. Biz zamanın insan həyatında olan rolunu da öyrəndik. Təbii ki, bu hər kəsə də şamil edilmir. Öz həyatını düşünənlərə şamil edilir. Karantinin ilk günlərində də müsahibələrimdə demişdim ki, gəlin cəmiyyətdən aldığımız özümüzlə sabah karantin bitəndən sonra cəmiyyətə verəcəyimiz özümüz arasında fərq qoyaq. Qoy insanlar düşünsün ki, bu insan evə qapanmaqdan əvvəl hansı xarakterdə idi və o xasiyyət, xarakterindəki hansı dəyişiklikləri elədi, hansı mənfiləri müsbətə çevirməyə çalışdı və ya müsbətləri artırmağa cəhd etdi. Təbii ki, bunu edən insanlar da oldu. Müəyyən əyri-əskikləri, çatışmazlıqları özündə bərpa edən insanları da müşahidə etdik. Məsələn, əvvəllər kitab üzü açmayanlar mütaliəyə başladılar. Elmlə məşğul olmağı ağlından keçirməyən artıq kitab açmağa başlamışdı və s. Adamlar da oldu ki, öz xasiyyətini dəyişməyə başladı, adət və ənənələrə baxışlarında düzəlişlər etdilər. Adamlar da oldu ki, əksinə daha aqressiv olmağa başladı ki, öz aqressiyasını da sosial şəbəkələrdə aşkar göstərdi.
- Sosial şəbəkələr də yəqin karantin dövründə insanların psixoloji gərginliyini azaldan amil olub
- Bütün bu mənzərənin fonunda insanların daha çox sosial şəbəkələrə meyllilik göstərməsini də müşahidə etdik. Yəni demək olar ki, hamı aktiv şəkildə sosial şəbəkə istifadəçisinə çevrildi. Əvvəllər sosiallığa meylli olmayanlar belə artıq gündəlik vacib prosesləri sosial şəbəkələr vasitəsilə izlədi, bu aktiv saytların yaratdığı geniş imkanlardan yararlanmağa çalışdı. Sanki insanlar bu gözlənilməz sosial xaosdan sağlam çıxmağa çalışırdılar. Təbii ki bu yeni növ koronavirsun(COVID-19) fobiyaları da insanlarda bir sıra dəyişikliklərə səbəb olmalı idi. Bu qorxu travmaları müəyyən zamandan, karantin bitdikdən sonra özünü daha aşkar büruzə verməyə başlayacaq. Somatik depressiya, panik atak, ölüm fobiyası, absessik kompoziv pozuntular və digər müəyyən psixoloji gərginliklər kütlə arasında xeyli müşahidə edildi. Təbii ki, biz bunu daha aşkar qarşıdakı aylarda, sentyabr-oktyabrda psixoloqlara olan müraciətlərin nəticəsi olaraq müşahidələrimizdə görəcəyik.
-Yeri gəlmişkən, sosial izolyasiyadan çıxan insanların karantin bitdikdən sonra psixoloqlara müraciətini vacib sayırsınızmı?
- Nəinki karantin bitəndən sonra elə karantin müddətində də psixoloqlara müraciət etmək vacibdir. Çünki əksər insanlar ciddi gərginlik və psixoloji problemlərlə rastlaşdılar və bu problemlər bu gün də davamlıdır. Bir çox qadağalar insanlarda müəyyən mənada acizlik də yarada bilərdi. Belə məhdud, dar çərçivəyə salınma özgüvən problemi yarada bilir ki, bu problemləri də aşmaq lazımdır. Karantində aqressiv depressiya, hər hansı bir özünəqapanmaya düşmüş adamlar karantin bitəndən sonra işlərini başlayanda sanki haradan başlayacaqlarını bilmirlər. Ona görə də fəaliyyətlərində müəyyən nizam-intizamlar olmalı, öz həyatlarını plana qoymalıdırlar.
Bir daha qeyd edirəm ki, fərqi yoxdur karantin vaxtı, ya ondan öncəki dönəm, ya da karantindən sonrakı zamanlar olsun. Psixoloji xidmətlərə ehtiyacı olan konsultasiyalara ehtiyacı olan, amma bu ehtiyacdan yararlanmayan insanların həyatı ağırlaşa bilər onların aqressiyası ağır hadisələrlə nəticələnə bilər.
Karantinin intiharların çoxalmasına səbəb olmasına gəldikdə isə intiharlar görünən səbəblərdən baş vermir əslində. Bir insanın intihar etməsi üçün onun çox ciddi psixoloji problemləri olur və o uzunmüddətli ağır proseslərdən keçir ki, bu da sonda özünə qəsd kimi faciəvi nəticələrə gətirib çıxarır
-Həmişə aktiv həyata alışmış uşaqlar sosial izolyasiyadan sonra birdən-birə cəmiyyətə açılmaqda çətinlik çəkməyəcəklər ki?
-Uşaqlarda hər hansı bir problemə gəldikdə isə valideyn hər hansı bir xəbəri, hadisəni, düşdüyü situasiyanı necə qəbul edirsə, övladı da ona uyğun davranır. Yəni bu məsələdə də yenə də valideynin rolu əsasdır. Yəni misal üçün, uşaqların yenidən bağçalara rahat şəkildə, problemsiz dönüşünü düşünürəm. Ümumiyyətlə yaranmış bu arzuolunmaz situasiyanın Azərbaycan üçün müsbət tərəfi o oldu ki, karantin qaydalarının yumşalması yay aylarına təsadüf etdi. Bu da depressiyanın qarşısını almağa, stressdən tez çıxmağa səbəb olur. Çünki günəş enerjisi stressdən qurtulmağa bir növ çox kömək edir.
Bu məsələni isə çox şişirtmək lazım deyil. Yəni uşaqların təbiətən aktivliyə meylli olması fonunda qəfildən izolyasiyaya alınmaları ciddi fəsadlar yaratmaz. Çünki yuxarıda da qeyd etdiyim kimi bu cür durumlar valideynin necə davranmasından, situasiyanı övladlarına necə izah etməsindən asılıdır.
-Demək olarmı ki, sərt karantin qaydaları öz psixoloji nəticələrini ayrı-ayrı ölkələrdə fərqli şəkildə göstərir?

- Son aylar bütün dünyada eyni vəziyyət yaşanır deyə burada hansısa millət və ya ölkəyə nəzərən qadağa və ya müsbət keyfiyyətlərin üzə çıxması müşahidə edilmədi. Çünki bu bir pandemiyadır və sanki ümumilikdə insanlıq üçün bəlli qadağalar gəldi. Bizdə hansı sosial izolyasiya şərtləri idisə Avropada da, Amerika və Asiyada da eyni şeylər idi. Ola bilər fərqli yanaşma, hansısa məsələlər fərqli reaksiyalar olsun. Məsələn, sosial şəbəkələrdə izlədik ki, Rusiyada Avropada karantini qeyri-ciddiyə alan videogörüntülər daha çox yayılmağa başlamışdı.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
25.06.2020
Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
23.06.2020
“Ən səmərəli təhsil universitetin geniş və işıqlı auditoriyalarında tələbələrlə canlı ünsiyyət qurmaqdır”
23.06.2020
“Bu gün Hospitalımızın işi yalnız kovid xəstələrinin müalicəsinə həsr olunub”
22.06.2020
“Postpandemiya dövrünə hazırlaşmalıyıq” - Yeni jurnalist təşkilatının həmtəsisçisi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info