“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
Tarix: 01.06.2020 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Millət vəkili:


“Yeni salınan qəsəbələrdə yaşayan insanların işlə təminatı məsələsi də prioritet hesab olunur. Məsələn, yeni salınan “Qobu Park-3” yaşayış kompleksində tikilmiş yeni müəssisələr də qəsəbə sakinlərini işlə təmin edəcək”



Dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri də qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllidir. Bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə xüsusi önəm verilməsi özlüyündə bir daha qaçqın və məcburi köçkün probleminin Azərbaycan dövləti üçün nə qədər mühüm xarakter daşıdığını sübut edir.
Ötən illərdə ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanıb. Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Dövlət başçısının ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli yollarını daim önə çəkməsi bu təbəqədən olan soydaşlarımıza hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirilir. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb və hazırda da sosial-iqtisadi inkişafa hesablanan layihələrin icrası davam edir. Qeyd edək ki, ötən müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində 315 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu günlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksi də bu qəbildəndir. Millət vəkilləri, ziyalılarımız, ictimaiyyət nümayəndələri də yeni yaşayış kompleksinin qaçqın və məcburi köçkünlərin həyata şəraitinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addım olduğunu deyirlər. Müsahibimiz millət vəkili Azər Badamovdur:

- “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində ölkə başçısının proqramının tərkib hissəsi məhz çadır şəhərciklərinin qalmayacağı ilə bağlı idi. Ötən müddətdə bu istiqamətdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- İlham Əliyev prezident səlahiyyətlərinin icrasına başladığı gündən bu günə qədər olan müddətdə xalqa hansı vədlər vermişdisə bütün məsələlər yüksək səviyyədə icra olunub. O cümlədən məcburi köçkün və qaçqınlar üçün yeni qəsəbələrin salınması, mənzillərlə təmin olunması Prezidentin 2003-cü ildə seçkilər ərəfəsində verdiyi vədinə sadiqliyinin göstəricisidir. Bu illər ərzində məcburi köçkün və qaçqınların məskunlaşdığı bütün çadır şəhərcikləri ləğv olunaraq onlar müasir şəraitli mənzillərə köçürülüblər. Bu günə qədər dövlətimiz tərəfindən 111 qəsəbə salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə təmin olunub. Burada dövlətin məqsədi sadəcə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Amma bu o demək deyil ki, biz məcburi köçkünlərimizi yeni salınmış qəsəbələrdə yerləşdirilməklə işimizi bitmiş hesab edirik. Bizim əsas işimiz düşmən tapdağı altındakı torpaqlarımızı işğaldan azad etməklə orada da yeni qəsəbələrin salınması və vətəndaşlarımızın öz ata yurdlarına qaytarılmasıdır. Təbii ki, Prezidentin apardığı beynəlxalq siyasətlə dünyadan bizim haqq işimizə dəstək almaqla şanlı ordumuzun gücü ilə buna nail olacağıq.
- “Qobu Park-3” yaşayış kompleksindəki 1336 mənzildə Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Artıq məcburi köçkünlərin nəinki yataqxanada, lazımi avadanlıqlarla təmin edilmiş mənzillərlə təmin edilməsi dövlətin qayğısının bariz nümunəsi deyilmi?
- Qeyd etdiyim kimi məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir. Onlar səriştəsiz və hakimiyyət davasını çəkən şəxslərin günahı üzündən öz ata yurdlarından didərgin düşməsinə məcbur olublar. Məcburi köçkün və qaçqınlarımız illər ərzində yaratdığı, qurduğu mülklərindən, həyat şəraitindən məhrum olunmuş şəxslərdirlər. Onların çəkdiyi ağır və dözülməz həyat şəraitinin çətinliklərini ölkə başçımız daha yaxşı görür və prezidentlik səlahiyyətinə başlamazdan qabaq qeyd etdiyi kimi bu istiqamətdə böyük sosial layihələr icra olunub. Mayın 28-də açılışı həyata keçirilmiş “Qobu Park-3” yaşayış kompleksi də 1336 ailənin həyat-şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək. Bütün mənzillər lazımı avadanlıqlarla təmin olunub. Qəsəbədə bütün sosial infrastruktur yaradılıb, məcburi köçkünlərin müasir yaşayışını təmin edən bütün şərait yaradılıb. Təbii ki, bu, məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir.
- Kompleksin ərazisində həm də istehsal müəssisələri qurulub. Bunun məcburi köçkünlərin məşğulluğunun təmin olunmasında rolunu necə dəyərləndirirsiniz?
- Dövlətimiz məcburi köçkünlərə mənzillər təhvil verməklə işini bitmiş hesab etmir. Yeni salınan qəsəbələrdə yaşayan insanların işlə təminatı məsələsi də prioritet hesab olunur. Məsələn, yeni salınan “Qobu Park-3” yaşayış kompleksində tikilmiş yeni müəssisələr də qəsəbə sakinlərini işlə təmin edəcək. Burada fəaliyyət göstərəcək sahibkarlara xüsusi güzəştlər tətbiq olunur və bu da belə qəsəbələrdə yeni iş yerlərinin yaradılmasında sahibkarlara stimul verir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
25.06.2020
Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
23.06.2020
“Ən səmərəli təhsil universitetin geniş və işıqlı auditoriyalarında tələbələrlə canlı ünsiyyət qurmaqdır”
23.06.2020
“Bu gün Hospitalımızın işi yalnız kovid xəstələrinin müalicəsinə həsr olunub”
22.06.2020
“Postpandemiya dövrünə hazırlaşmalıyıq” - Yeni jurnalist təşkilatının həmtəsisçisi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info