Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb
Tarix: 01.06.2020 | Saat: 21:11:00 | E-mail | Çapa göndər



Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi şurasının qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC beynəlxalq ekspertlər şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Elmi şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin “Cross Culture” Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib. Müəllim, əməkdaş və tələbələrin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət olan Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb. Rus dili kafedrası ləğv edilərək, Xarici dillər kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, Müəssisənin iqtisadiyyatı kafedrası da ləğv edilib. Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal iqtisadiyyat fakültəsi və Mühəndislik fakültəsinin yaradılması barədə qərar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
01.07.2020
Qlobal istiləşmə 6500 illik soyuqlaşmanı “ləğv etdi”
01.07.2020
Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib
01.07.2020
Magistr təhsili olanlar da ikili diplom proqramına müraciət edə bilərlər
01.07.2020
Xaricdə təhsil alan tələbələrə təqaüdlər bu halda veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb
2 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
3 Moskvada Qələbə paradı necə keçdi-VIDEO
4 Karatin tədbirləri sərtləşdirilməli, cərimələrin məbləği artırılmalıdır
5 “Koronavirus İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info