Den Berton: “Azərbaycan Qafqazın demokratik gücüdür”
Tarix: 17.10.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


ABŞ-ın “The Washington Times” qəzetində İndiana ştatından keçmiş konqresmen, Konqresin xarici əlaqələr komitəsinin Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitəsinin sədri Den Bertonun “Azərbaycan təbriklərə layiqdir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə deyilir ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsindən sonra ABŞ Dövlət Departamenti rəsmi Bakını tənqid edib. Mərkəzi Avropa Siyasi Monitorinq Qrupundan olan beynəlxalq müşahidəçi Arturas Mankaviçiusun fikrincə, “Azərbaycanda seçkilər seçki məcəlləsinin normalarına və beynəlxalq standartlara uyğun keçirilib”. D.Berton yazır ki, Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitənin sədri kimi və xüsusi şəxs qismində o, bir neçə dəfə Azərbaycana səfər edib və Prezident İlham Əliyev ilə, eləcə də onun atası, sabiq prezident Heydər Əliyev ilə görüşüb. D.Berton qeyd edir ki, bu prezidentlər büdcə profisitinin 50 milyard dollar təşkil etdiyi inkişaf edən iqtisadiyyata malik azad cəmiyyət yaradıblar: “Demək olar ki, istənilən seçkilər zamanı, xüsusilə Azərbaycan kimi gənc demokratik ölkələrdə siyasi partiyaların narazılığına səbəb olan texniki səhvlər, seçki məntəqələrinin idarə edilməsində müəyyən nöqsanlar baş verə bilər”. Müəllif vurğulayır ki, lakin Azərbaycan müstəqilliyin bərpasından sonra əldə olunmuş uğurlara görə tənqidə deyil, təbriklərə layiqdir. Azərbaycan Qafqazın demokratik gücüdür. D.Berton bildirir ki, ABŞ Dövlət Departamenti tərəfindən verilən məsuliyyətsiz bəyanatlar yalnız Azərbaycana zərər verməyəcək, həm də təkcə bu regiondakı dostlarımız üçün deyil, eyni zamanda, Birləşmiş Ştatların özü üçün uzunmüddətli problemlər yaradacaq.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info